İnternet provayderlərin “Speedtest” sürəti saxtadır - YOXLAMA BAŞLAYIR
İKTA İdarə heyətinin sədri Nail Mərdanov: "Azərbaycanda 36 operator və provayderdə “Ookla”nın “Speedtest” serverləri mövcuddur. Amma müəyyən səbəblərdən onların istifadəsinə nəzarət istənilən səviyyədə deyil. Bu isə ümumilikdə ölkədə internetin sürətinin ölçmə nəticələrinin 10-20%-dək təhrif olunmasına səbəb olur"Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin nümayəndələri ilə görüş keçirilib.
İKTA-dan Marja-ya verilən məlumata görə, görüş abunəçilərə təqdim edilən internetin sürətinin, həmçinin təqdim olunan xidmətin digər keyfiyyət göstəricilərinin etibarlı olaraq təqdim edilməsinə və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasına həsr edilib.
İKTA İdarə heyətinin sədri Nail Mərdanov görüşü giriş sözü ilə açaraq Agentlik tərəfindən aparılmış müşahidə və monitorinqlərin nəticələrini açıqlayıb.
Natiq qeyd edib ki, tənzimləyici qurum “Ookla” şirkəti ilə rəsmi əməkdaşlıq edir. Rəsmi razılıq əsasında ölkə ərazisində şirkət tərəfindən aparılan bütün ölçmələrin cihaz qeydləri Agentliyə təqdim edilir. Agentlik böyük həcmdə məlumatların (Big DATA) təhlilləri əsasında bir sıra araşdırmalara başlayıb. Belə ki, aparılan müşahidələrə görə, bu gün Azərbaycanda 36 operator və provayderdə “Ookla”nın “Speedtest” serverləri mövcuddur. Amma müəyyən səbəblərdən onların istifadəsinə nəzarət istənilən səviyyədə deyil. Bu isə ümumilikdə ölkədə internetin sürətinin ölçmə nəticələrinin 10-20%-dək təhrif olunmasına səbəb olur. Nəticədə isə bu hal ölkəmizin internetin sürəti ilə bağlı beynəlxalq reytinqlərdə irəliləməsinə mənfi təsir göstərir.
İKTA sədri, eyni zamanda operator və provayderlər arasında məlumat mübadiləsi üçün qurulan və internet sürətinə təsir edən “Local Exchange” arabağlantıların yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirib.
Nail Mərdanov ölkəmizi qlobal internetə bağlayan 3 əsas “Backbone” operator arasında arabağlantının şərtlərinin Agentlik tərəfindən nəzərdən keçirildiyini və ən qısa müddətdə 3 əsas operator arasında arabağlantı resurslarının təcili şəkildə artırılmasının zəruri olduğunu vurğulayıb.
O əlavə edib ki, “Ookla” sponsor serverlərinin performans və əməliyyat göstəriciləri nəzarətdən kənar qaldığı üçün İKTA bunun biznes fəaliyyətinə təsiri olmadığını, ölkənin isə beynəlxalq reytinq cədvəllərində mövqeyinə birbaşa təsirini nəzərə alaraq müştərək baxışın keçirilməsini məqsədəuyğun hesab edir:
“Bu səbəbdən də ilkin olaraq mövcud serverlərin minimal texniki tələblərə uyğunluğunu müəyyən etmək üçün serverlərə birlikdə baxış keçiriləcək, operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq. Bütün serverlərin texniki parametrlərinə yenidən baxılmalı və tələb olunan sazlamalar həyata keçirilməlidir. Tənzimləyici qurum tərəfindən tələblərə uyğun qurulmayan serverlərin fəaliyyətinin uyğunlaşdırılması tələb ediləcək. Şəbəkə dayanıqlılığı layihəsi çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən “Ookla” sponsor serverlərinin əsas fəaliyyət göstəriciləri (KPI) barədə dövri hesabatlıq tələb olunacaq. Növbəti hesabat dövründən etibarən operator və provayderlərdən serverlərin əməliyyat və performans göstəriciləri ilə də bağlı məlumatların toplanılması həyata keçiriləcək”, – deyə Nail Mərdanov əlavə edib.
Tədbirdə çıxış edən internet operator və provayderlərin nümayəndələri qarşılaşdıqları çətinliklər və çağırışlarla bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, “Local Exchange” arabağlantıların imkanlarının artırılmasına və fəaliyyətin tənzimlənməsinə ehtiyac var. Arabağlantı münasibətlərində trafik mübadiləsinə görə operatorlararası hesablaşma məsələləri internetin inkişaf prinsipləri nəzərə alınmaqla həll edilməlidir.
Çıxış edənlər, eyni zamanda alternativ sürətölçmə alətlərinin yaradılmasına, yaxud inteqrasiya edilməsinə ehtiyac olduğunu və bu prosesdə dövlətin dəstəyinə ehtiyac yarandığını bildiriblər.
Qarşılıqlı dialoq şəraitində keçən görüşdə şəbəkələrin inkişafının təmin edilməsi üçün dövlət-özəl tərəfdaşlığı modelindən istifadə imkanları da müzakirə edilib, ümumilikdə belə müzakirələrin davamlı keçirilməsi qərara alınıb.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
6 d. əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
-
12 d. əvvəl
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
- 15 d. əvvəl
-
53 d. əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
1 saat əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
-
1 saat əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
Sentyabrın 29-da gözlənilən hava şəraiti
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Ən çox oxunanlar
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı


























