Tramp sərəncam imzalayıb: 4 martdan etibarən polad və alüminiuma 25% rüsum
ABŞ prezidenti Donald Tramp polad və alüminium idxalına 25 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı sərəncam imzalayıb.
Bildirilib ki, bütün ölkələri əhatə edən bu yeni tənzimləmə ABŞ sənayesini qorumaq məqsədi daşıyır.
Marja xəbər verir ki, məsələ ilə bağlı məlumatlı mənbələr yeni gömrük rüsumunun tətbiqinin martın 4-dən etibarən başlayacağını bildiriblər. Tramp Oval Ofisdə sərəncam imzalayarkən deyib: "Bu, irəliyə doğru böyük addımdır - biz Amerikanı yenidən zənginləşdirəcəyik".
Avstraliya üçün gündəmdə olan istisnalar
Avstraliyanın baş naziri Entoni Albanese ilə görüşündən sonra Tramp bəyan edib ki, Avstraliya üçün bir istisna nəzərdə tutulur. Bununla belə, rəsmilər vurğulayıblar ki, ümumilikdə gömrük rüsumları bütün idxalı əhatə edəcək və konkret məhsullar üçün heç bir güzəşt verilməyəcək.
Digər ölkələrdən gələn cavab tariflərindən narahat olmadığını bildirən prezident Tramp, "Tariflərin ədalətli olmasını istəyirik. Onlar bizdən haqq alırlarsa, biz də onlardan tələb edirik" deyib.
Həmçinin Tramp yaxın günlərdə ABŞ mallarına rüsum tətbiq edən ölkələrə qarşılıqlı tariflər tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Ağ Evin ticarət və istehsal üzrə baş müşaviri Peter Navarro, "Prezident Tramp Amerika polad və alüminium işçilərini bir lider kimi müdafiə etdi" deyib: "Bu tariflər xarici dempinqlərə son qoyacaq və yerli istehsalı artıracaq."
Tramp analoji təcrübəni 2018-ci ildə tətbiq edib, lakin sonradan bəzi ölkələr üçün istisnalar edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb



























