BYD elektromobil rəqabətində yeni "cəbhə açır"
BYD şirkəti elektrikli nəqliyyat vasitələrində (elektromobil) pulsuz təmin edəcəyi ağıllı idarəetmə sistemləri ilə qiymət rəqabətində yeni bir "cəbhə açır".BYD şirkəti, Çinin elektrikli avtomobil qiymətləri "müharibəsində" yeni bir "cəbhə" açır - Şirkət heç bir əlavə xərc tələb etmədən öz modellərinin əksəriyyətinə qabaqcıl sürücüyə yardım xüsusiyyətləri əlavə edəcək.
Marja.az xəbər verir ki, Şenzhendə çoxdan gözlənilən tədbirdə BYD, 68 000 yuandan (təxminən 9,500 ABŞ dolları) başlayan avtomobillərdə özünün "Tanrının Gözü" sürücüyə yardım sistemini standartlaşdıracağını və onun məşhur Seagull hetçbeki kimi bir neçə daha ucuz modellərdə də olacağını açqlayıb.
Rəqiblər eyni xüsusiyyətləri ödənişli şəkildə təqdim edirlər
Sürücüyə dəstək texnologiyları Çində avtomobil istehsalçıları üçün əsas "döyüş meydanlarından" biri olsa da, oxşar xüsusiyyətlərə malik rəqiblərin avtomobilləri tez-tez 150.000 yuandan yüksək qiymətlərə satılır, bəzi istehsalçılar texnologiyanı işə salmaq üçün əlavə ödənişlər alırlar. Məsələn, tam avtonom sürücülük kimi bazara çıxardığı xüsusiyyətlərin sınaqlarına başlamaq üçün Pekindən təsdiq gözləyən, lakin təsdiqi ala bilməyn Tesla şirkəti, ABŞ-da ayda 99 dollar alır.
Müstəqil Çin avtoanalitiki Lei Xing, "Bu, demək olar ki, bütün BYD markalı avtomobillər üçün ağıllı xüsusiyyət yeniləməsi adı altında qiymət endirimi olmadan qiymət endirimidir" deyib.
BYD səhmlərinin qiyməti rekord həddə çatıb
Çərşənbə axşamı Honq Konqda ticarətin əvvəlində BYD səhmləri 4,5 faiz bahalaşaraq rekord həddə çatıb və bazar dəyəri 132 milyard dollara yüksəlib; Bu Ford Motor, General Motors və Stellantis əmi bazar dəyərlərindən yüksəkdir. Səhmlərdəki bahalaşma, bazar ertəsi günü baş verəcək hadisə ilə bağlı gözləntilərdən qaynaqlanraq, ötən həftə 21 faiz bahalaşmışdır.
Qabaqcıl sürücülük (idarəetmə) xüsusiyyətləri üzrə bu addım, keçən il 4 milyondan çox avtomobil satan BYD-nin, bu cür texnologiyanı daha ucuz avtomobillərə təqdim edə bilməyən Tesla, Xpeng və Xiaomi kimi rəqibləri qarşısında mövqeyini genişləndirməyə kömək edə bilər.
BYD sədri Vanq Çuanfu bazar ertəsi şirkətin qərargahında keçirilən tədbirdə deyib: "Bu il hər kəs üçün ağıllı sürücülüyün ilk ili olacaq. Yaxın iki və ya üç il ərzində o, təhlükəsizlik kəməri və ya təhlükəsizlik yastığı kimi əvəzolunmaz standard təhlükəsizlik sisteminə çevriləcək",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 11 d. əvvəl
- 24 d. əvvəl
-
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib



























