SOCAR-dan Xəzər regionunda bir ilk
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayırSOCAR neft və qaz sənayesində proseslərin optimallaşdırılması və istehsal səmərəliliyinin artırılması məqsədilə innovativ rəqəmsal həll olan "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır. Xəzər regionunda ilk dəfə həyata keçiriləcək bu layihə SOCAR-ın apstrim rəqəmsal transformasiya strategiyasının mühüm tərkib hissəsidir.
Bu barədə Marja-ya SOCAR-dan bildirilib.
Qeyd edilib ki, "Baker Hughes" şirkəti ilə strateji əməkdaşlıq çərçivəsində icra edilən bu təşəbbüs, ilkin mərhələdə təxminən 100 quyuda tətbiq olunacaq və həm "Baker Hughes", həm də digər istehsalçılara məxsus nasosların monitorinqinə imkan yaradacaq. "Leucipa" proqramı vasitəsilə müxtəlif nasos sistemlərinin tam inteqrasiyası təmin ediləcək, bu da əməliyyat göstəricilərinin real vaxt rejimində izlənilməsinə və optimallaşdırılmasına şərait yaradacaq.
Bu innovativ həll SOCAR-ın əməliyyat mükəmməlliyini artırmaq, istehsal proseslərini daha səmərəli idarə etmək və aktivlərin maksimum səviyyədə işləməsini təmin etmək strategiyasına tam uyğundur. "Leucipa" proqramının əsas üstünlükləri arasında proqnozlaşdırıcı analitika, avadanlıqların istismar müddətinin uzadılması, istehsal dəyişkənliyinin optimallaşdırılması və resursların idarə edilməsində dəqiqliyin artırılması yer alır.
"Bu addım SOCAR-ın Xəzər regionunda neft və qaz sektorunda rəqəmsal innovasiyalar üzrə lider mövqeyini möhkəmləndirəcək və sənayedə yeni standartların formalaşmasına töhfə verəcək. "Leucipa" proqramının “Azneft” Istehsalat Birliyində uğurlu tətbiqi regionun neft-qaz sənayesinin inkişafına, texnoloji sərmayələrin cəlb olunmasına və ümumilikdə sahənin gələcək tərəqqisinə mühüm təkan verəcək", -məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















