Honda və Nissan birləşmə danışıqlarını rəsmən dayandırdılar
Yaponiyanın avtomobil nəhəngləri Honda və Nissan, nəzəri cəhətdən dünyanın ən böyük avtomobil istehsalçılarından birini yarada biləcək tərəfdaşlığa son qoyaraq birləşmə danışıqlarını rəsmən dayandırdılar.Yaponiyanın avtomobil nəhəngi Honda Motor Co. və Nissan Motor Co. birləşmək üçün danışıqlarını dayandırdıqlarını açıqlayıblar.
Marja.az xəbər verir ki, hər iki markanı bir holdinq şirkəti altında birləşdirmək planları iflasa uğrasa da, iki şirkət Mitsubishi Motors ilə strateji tərəfdaşlıqlarını davam etdirəcəklərini və akkumulyatorların, avtonom idarəetmənin, proqram təminatının və elektrikli avtomobil texnologiyalarının daxili inkişafı sahəsində əməkdaşlıq edəcəklərini bildiriblər.
Uğursuz sövdələşmənin maliyyə yardımına daha çox ehtiyacı olan Nissan üçün ağır nəticələri olacağı gözlənilir. Honda-nın üçüncü rüb nəticələri proqnozları doğruldub və şirkət illik mənfəət proqnozunu sabit saxlayıb.
Honda-nın dekabrın 31-də başa çatan üç aylıq dövrdə əməliyyat mənfəəti 397 milyard yen (2,6 milyard dollar) təşkil edib, çünki ABŞ-dakı bərpa Yaponiya, Çin və Cənub-Şərqi Asiyadakı ləng satışları kompensasiya edib.
Honda və Nissan arasında mümkün birləşmə xəbərlərinin ortaya çıxmasından təxminən üç ay keçir. Müqavilənin, Yaponiyanın avtomobil sənayesini iki yerə bölməsi, birləşmə nəticəsində yaranacaq yeni şirkəti Toyota Motor və digər avtomobil şirkətlərinə qarşı qoyması gözlənilirdi.
Qeyd edək ki, ənənəvi avtomobil brendləri Çindən gələn elektrik və hibrid avtomobil dalğası ilə rəqabət aparmaqda çətinlik çəkirlər. Bu səbəbdən birləşmək çıxış yollarından biri hesab olunur.
Bir müddət əvvəl, Reuters mənbələrə istinadən xəbər verib ki, Nissan-ın baş direktoru Honda-nın icraçı direktoruna birləşmə danışıqlarını dayandırmaq niyyəti barədə məlumat verib. Agentliyin məlumatına görə, yapon avtomobil istehsalçıları arasında danışıqlar onunla çətinləşib ki, Honda Nissan-ı özünün törəmə şirkəti kimi görmək istəyir, Nissan isə bərabər şərtlərlə sövdələşməyə can atır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























