"Girovları kifayət etmir, maliyyəyə çıxışları məhduddur" - FERMERLƏR ÜÇÜN YENİ LAYİHƏ BAŞLAYIR
IFC, SECO ilə tərəfdaşlıqda Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsinin artırılması təşəbbüsünün icrasına başlayırDünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası), İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birlikdə Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının maliyyəyə çıxış imkanlarını artırmaq üçün dörd illik məsləhət layihəsinə başlayır.
Korporasiyanın yaydığı məlumatda bildirilir ki, IFC-nin Məhsul və Anbar Şəhadətnamələri Layihəsi fermerlərin və aqrobizneslərin üzləşdiyi mühüm maliyyə maneələrini aradan qaldırmağa və bununla da məhsuldarlığı artırmağa çalışır.
Kənd təsərrüfatı Azərbaycanda əhalinin 37 faizini işlə təmin edən, lakin ÜDM-ə cəmi 5,5 faizi pay verən mühüm sahədir. Sektorun inkişafı və yüksək keyfiyyətli işlər üçün əsas problemlərdən biri girovların kifayət etməməsi və kənd təsərrüfatı kreditləşməsi ilə bağlı riskinlərin yüksək olması təəsüratından irəli gələn maliyyəyə məhdud çıxışdır.
Bu problemləri həll etmək üçün IFC-nin Məhsul və Anbar Şəhadətnamələri Layihəsi həm məhsul yığımından əvvəl, həm də yığımdan sonrakı mərhələdə maliyyə vəsaitlərinə çıxışı yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş innovativ maliyyə alətlərini təqdim edəcək. Bu yeni alətlər kənd təsərrüfatının riks profilinə dəstək verəcək, habelə maliyyə təşkilatlarının fermerləri və aqrobiznesləri kreditləşdirməsinin həcmini artırmağa imkan verəcəkdir.
Qeyd edilib ki, alətlərlə bağlı, məhsul şəhadətnamələri fermerlərə əvvəlcədən yığılmış məhsullardan girov kimi istifadə etməyə imkan verir, yüksək keyfiyyətli toxum, gübrə və digər vəsaitlərin alınması üçün kapitala çıxışı asanlaşdırır. Bu, nəinki məhsuldarlığı artırır, həm də kreditorlar üçün müştəri bazasını genişləndirir.
Anbar şəhadətnamələri isə fermerlərə yığılmış məhsuldan kreditlər üçün girov kimi istifadə etmək və ya anbara çatdırıldıqdan sonra ödəniş almaq imkanı verir; bununla da məhsul yığımından sonrakı maliyyələşdirmə həllini təmin etmiş olur.
Vurğulanıb ki, rəqəmsal məhsul və anbar şəhadətnamələri maliyyə inklüzivliyini və dayanıqlığını artırmaq potensialına malikdir, lakin miqyasını genişləndirmək üçün dəstəkləyici tənzimləyici çərçivələr tələb edir.
"IFC-nin fəaliyyəti bu yeni maliyyə alətləri üçün qanunvericilik, tənzimləmə və siyasət çərçivəsinin formalaşması, o cümlədən onların rəqəmsallaşdırılmasını ehtiva edəcəkdir. Tələb olunan qanunvericilik və qaydalar təsdiq edildikdən sonra diqqət maliyyə sektorunun və fermerlərin potensialının artırılmasına yönəldiləcək. Bura dəyər zəncirinin maliyyələşdirilməsi üçün məhsul və anbar şəhadətnamələrindən istifadə edən biznes modellərinin inkişafı daxildir. Məhsul və anbar şəhadətnamələrini səmərəli maliyyə alətləri kimi tanıtmaq üçün ictimai maarifləndirmə təşəbbüsləri də həyata keçiriləcək", - məlumatda bildirilir.
Azərbaycan 1995-ci ildə IFC-nin üzvü olub. Həmin tarixdən IFC ölkəyə təxminən 900 milyon ABŞ dolları həcmində investisiya qoyub, maliyyə xidmətləri, infrastruktur və istehsal üzrə 60-a yaxın layihəni maliyyələşdirib. Biz həmçinin biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporativ idarəetmənin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın, eləcə də aqrobiznes sektorunun gücləndirilməsi ilə bağlı məsləhət layihələri icra etmişik.
IFC haqqında
Dünya Bankı Qrupunun üzvü olan IFC inkişaf etməkdə olan bazarlarda özəl sektora dəstək göstərən ən böyük qlobal inkişaf təşkilatdır. İFC 100-dən çox ölkədə fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
4 d. əvvəl
Azərbaycanda plaq-in hibridlərin sayı 6 dəfədən çox artıb— yeni statistika açıqlandı
-
14 d. əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
-
20 d. əvvəl
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
- 23 d. əvvəl
-
1 saat əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
1 saat əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
Ən çox oxunanlar
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı

























