Naxçıvanda sahibkarlarla mövcud vəziyyət və perspektivlər müzakirə olunub
Sahibkarlarla real sektordakı inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq, qarşıya çıxan məsələlərin operativ həlli barədə fikir mübadiləsi aparılıb.Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov və Nazirliyin tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə İqtisadiyyat Nazirliyində “Mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda sahibkarlar ilə görüş keçirilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov və Sahibkarlar Konfederasiyasının idarə heyətinin sədri Vüqar Abbasov tərəfindən Nazirliyin inzibati binasındakı Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Görüşdə çıxış edən Abbas İsmayılov Naxçıvanda ötən il iqtisadi göstəricilərin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Özəl sektorun rəqabətədavamlı inkişafı, yeni istehsal sahələrinin stimullaşdırılması və ixrac qabiliyyətinin yüksəldilməsinin prioritet hədəflər olduğunu bildirib. Əlverişli biznes mühitinin inkişafı və investisiya imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən vergi islahatlarının, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi üzrə dövlət dəstəyi mexanizmlərinin və digər alətlərin əhəmiyyəti qeyd olunub.
Abbas İsmayılov sahibkarların qarşılaşdıqları çətinliklərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində işlərin sistemli şəkildə davam etdiriləcəyini vurğulayıb, görüş iştirakçılarını fəal müzakirələrə, açıq dialoqa dəvət edib.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının idarə heyətinin sədri Vüqar Abbasov görüşün dövlət-biznes dialoqu çərçivəsində həyata keçirilən tədbirlərin davamı olduğunu, sektorda mövcud vəziyyətin dəyərləndirilməsi, problemlər, bu sahədə gələcəkdə atılacaq addımların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Müslüm Cabbarzadə bildirib ki, hazırda Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur və Culfa rayon idarələri, həmçinin İqtisadiyyat Nazirliyinin balansında olan xidmət mərkəzlərində yerləşən 320 qeyri-yaşayış obyekti özəlləşdirilmə üçün açıq elan edilib.
Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Araz 3” Məhdud Məsuliyyətli Cəmiyyətinin və sərəncamında olan “Naxçıvan Alt-Trikotaj” Açıq Səhmdar Cəmiyyətinin investisya müsabiqələri vasitəsilə özələşdirilməsinin həyata keçiriləcəyini qeyd edib. Bundan əlavə, İqtisadiyyat Nazirliyinin balansında olan xidmət mərkəzlərində yerləşən 144 qeyri-yaşayış sahəsinin hazırda vakant olduğu və bu sahələr üzrə icarə müqavilələrinin bağlanmasının mümkünlüyü bildirilib.
Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Vüsal Novruzov bildirib ki, 2023-cü ilin sonunda Fond 3 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edirdi, bu rəqəm 2025-ci ilin 2 ayında 8-ə çatdırılıb.
Vüsal Novruzov əlavə edib ki, 7 müvəkkil kredit təşkilatı tərəfindən aktiv portfelə daxil olan 45,5 milyon manat vəsait üzrə 318 layihə maliyyələşdirilib. Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2025-ci ilin I rübü ərzində iqtisadiyyatın sahələri üzrə verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 72%-i kənd təsərrüfatı, 21%-i sənaye, 7%-i isə xidmət sahələrinin inkişafına yönəldilib.
2025-ci ilin birinci rübü hələ yekunlaşmasa da, verilən güzəştli kreditlərin həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə artdığını və bu göstəricinin maliyyələşdirilən layihələrin sayında da əhəmiyyətli artımı əks etdirdiyini vurğulayıb. Cari ilin birinci rübündə maliyyələşdirilən layihələr ötən ilin illik göstəricisinin 94 faizini təşkil edib.
Sahibkarlar tərəfindən vergi sahəsi ilə bağlı qaldırılan məsələlərə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Tural Abdulzadə münasibət bildirərək, araşdırılacağını və məlumat veriləcəyini qeyd edib.
Görüşdə sahibkarlarla real sektordakı inkişafı davam etdirmək, istehsal və ixracı artırmaq barədə fikir mübadiləsi aparılıb. İş adamları ilə xammal və materialların idxalı, nəqliyyat-logistika imkanları, daxili bazarın qorunması, istehsal xərcləri, dövlət satınalmaları, kredit resurslarına çıxış kimi məsələlər müzakirə edilib. Sahibkarların təklifləri əsasında dövlətin dəstək və təşviq alətlərinin daha da təkmilləşdirilərək sistemli şəkildə davam etdiriləcəyi, sahibkarlığın bundan sonra da dəstəklənəcəyi diqqətə çatdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
44 d. əvvəl
Azərbaycanda plaq-in hibridlərin sayı 6 dəfədən çox artıb— yeni statistika açıqlandı
-
54 d. əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
-
1 saat əvvəl
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
2 saat əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
Ən çox oxunanlar
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı

























