Rusiyada qaz hasilatının azalması tempi sürətlənir
Fevral ayının nəticələrinə görə, Rusiyada qaz hasilatı illik müqayisədə 11%-dən çox, bütövlükdə ilin ilk iki ayı ərzində isə 7,3% azalıb. Rəqəmlər əsasən “Qazpromu” əks etdirir. "Digər istehsalçılar” kateqoriyasında azalmanın dərinliyi daha yüksəkdir – 13,2%.“Qazprom”un rəqəmlərini əks etdirirRusiya Energetika Nazirliyinin statistikası ilə tanış olan “Kommersant” mənbələrinin verdiyi məlumata görə, fevralda ölkənin qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% azalaraq 57,2 milyard kubmetr təşkil edib. Fevralda hasilatın azalma tempi yanvar ayı ilə müqayisədə (3 faiz azalma) daha yüksək olub. İki ayın yekunlarına görə, 131 milyard kubmetr qaz hasil edilib ki, bu da bir il əvvəlkindən 7,3% azdır. Bu rəqəmlər “Qazprom”un rəqəmlərini əks etdirir. “Digər istehsalçıların” hasilatı, fevralda illik müqayisədə 13,2% azalaraq 38,2 milyard kubmetrə, iki ayda isə 8% azalaraq 81,5 milyard kubmetrə düşüb.
Marja xəbər verir ki, hasilatın səviyyəsinə yanvarın 1-dən etibarən Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması mənfi təsir göstərir.
“Qazprom”un Avropaya yalnız bir boru kəməri yolu qalıb: “Türk axını”nın gücü ildə 16 milyard kubmetrdən bir qədər azdır. Rusiya həmçinin Avropa ittifaqına LNG şəklində qaz tədarükünü davam etdirir.
Ən böyük özəl qaz istehsalçısı NOVATEK fevralda hasilatı 1,5% azaldaraq 6,4 milyard kubmetrə, iki ay ərzində isə 1,4% azalaraq 13,6 milyard kubmetrə endirib. LUKOIL-un hasilatı fevralda 13,3% azalaraq 1,3 milyard kubmetrə, ilin əvvəlindən isə 9,7% azalaraq 2,8 milyard kubmetrə düşüb. “Rosneft” fevralda qaz hasilatını 14% azaldaraq 5,5 milyard kubmetrə, iki ayda “isə 12% azaldaraq 11,6 milyard kubmetrə endirib. “Qazprom Neft”in qaz hasilatı fevralda 8,3% azalaraq 2,2 milyard kubmetrə, iki ayda isə 5% azalaraq 4,8 milyard kubmetrə düşüb.
Xarici layihələrdə də istehsal aşağı düşüb.
Rusiya Milli Enerji Təhlükəsizliyi Fondu rəhbərinin müavini Aleksey Qrivaç hesab edir ki, hasilatın azalmasının əsas səbəbi anomal isti hava şəraiti fonunda tələbatın azalması və Ukrayna ərazisindən keçən ixrac marşrutunun bağlanmasıdır.
“Kommersant” mənbəsi qeyd edib ki, Rusiyada iqtisadi fəallığın azalması səbəbindən enerji tutumlu sənayelərdə (polad istehsalı, tikinti materialları, əsas kimyəvi maddələr) tələbatın azalması da qaz istehlakına çox güman ki, mənfi təsir göstərməyə başlayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb




















