“PAŞA Holding” Ramazan Bayramı münasibətilə şəhid övladlarına bayram sovqatları çatdırıb - FOTOLAR
“PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Ramazan Bayramı münasibəti ilə bayram sovqatları çatdırıb.
2023-cü ildən etibarən “PAŞA Holding” 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün sosial dəstək proqram həyata keçirir. Proqram çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə “PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim olunur.
Ramazan Bayramı münasibəti ilə təqdim edilən sovqatlar mart ayının əvvəlindən “Bravo” supermarketlər şəbəkəsi tərəfindən sözügedən şəhid ailələrinə çatdırılmaqdadır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.
Qeyd edək ki, 2024-cü ildən cari proqrama antiterror tədbirləri zamanı şəhid olan şəxslərin övladları da əlavə edilib. Hazırda layihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları, antiterror tədbirləri zamanı şəhid olan şəxslərin ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən çox övladını əhatə edir.
Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələri daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 həftə sonra
- 38 d. əvvəl
-
-
52 d. əvvəl
Mağazalar şəbəkəsinin Gəncə, Şəki və Beyləqanda filialı açılacaq
-
12 saat əvvəl
Bu il Azərbaycana 1 milyon ədəddən çox smartfon idxal edilib
- 12 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyar dollarlıq xidmətlər göstərilib
-
16 saat əvvəl
Bu il Azərbaycanın xam neftinin qiyməti 16 dollar daha aşağı olub
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Mağazalar şəbəkəsinin Gəncə, Şəki və Beyləqanda filialı açılacaq
Volkswagen 88 illik tarixində ilk dəfə zavodunu bağlayır
Nərmin Əmrahova Bakcell-in lotereyasında “Zeekr 001” uddu
Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Xarici ölkələrdə Azərbaycan vətəndaşlarına turizmlə bağlı 1,2 milyar dollarlıq xidmətlər göstərilib
Bu il Azərbaycanın xam neftinin qiyməti 16 dollar daha aşağı olub
"Hazırda 33 səhm və 30 istiqraz listinqdədir"
“Kristal” və İtaliyanın “Zambaiti Parati” brendi əməkdaşlığını genişləndirir - Memorandum imzalandı






















