Milyarderlərin sayı ilk dəfə 3 min nəfəri keçib - 16,1 trilyon dollarlıq sərvət
"Forbes" jurnalının 39-cu dəfə dərc etdiyi Milyarderlər Siyahısı, milyarderlərin sayının artdığını göstərib.
Marja xəbər verir ki, Dünya üzrə milyarderlərin sayı əvvəlki illə müqayisədə 247 nəfər artaraq 3028 nəfərə çatıb.
Beləliklə, rekord sayda insanın yer aldığı siyahıda milyarderlərin sayı bu il ilk dəfə olaraq 3 mini keçib.
Milyarderlərin ümumi sərvəti əvvəlki illə müqayisədə 2 trilyon dollar artaraq 16,1 trilyon dollara çatıb.
Qeyd olunub ki, bu rəqəm ABŞ və Çin xaric digər ölkələrin cəmi Ümumi Daxili Məhsulundan (ÜDM) yüksək olub.
Musk dünyanın ən varlı adamıdır
Tesla, SpaceX, X və xAI kimi şirkətlərin sahibi, amerikalı iş adamı İlon Mask 342 milyard dollar sərvətlə dünyanın ən zəngin adamı kimi siyahıya başçılıq edir.
ABŞ-da müzakirələrə səbəb olan Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) fəaliyyətinə cavabdeh olan Mask SpaceX və onun süni intellekt şirkəti xAI-nin uğurları sayəsində son bir ildə sərvətinə 147 milyard dollar əlavə edib.
Siyahıda 216 milyard dollarlıq sərvətlə ABŞ-ın texnologiya nəhəngi Meta-nın baş direktoru Mark Zukerberq ikinci yerdə, 215 milyard dollarlıq sərvətlə ABŞ-ın e-ticarət nəhəngi Amazon-un qurucusu Ceff Bezos üçüncü yerdə qərarlaşıb.
Oracle proqram təminatı şirkətinin həmtəsisçisi Larri Ellison 192 milyard dollarlıq sərvətlə siyahıda dördüncü, lüks mallar nəhəngi LVMH-nin baş direktoru Bernard Arnault isə 178 milyard dollarlıq sərvətlə beşinci yerdə qərarlaşıb.
Tramp sərvətini ikiqat artırıb
İkinci dəfə ABŞ prezidenti olmağı bacaran Donald Tramp seçkilərdə qələbə qazanmaqla yanaşı, sərvətini də ikiqat artırıb. Trampın sərvəti 2,3 milyard dollardan 5,1 milyard dollara yüksəlib.
Ən çox milyarderin olduğu ölkə ABŞ-dır
ABŞ 902 milyarderlə dünyada ən çox milyarder olan ölkə olaraq qalır. Bu ölkənin ardınca 516 milyarderlə Çin və 205 milyarderlə Hindistan gəlir.
Qadın milyarderlər siyahının 13,4 faizini təşkil edərək sayı 406 nəfər olub. Dünyanın ən varlı qadını 101 milyard dollar sərvəti ilə ABŞ-ın pərakəndə nəhəngi Walmart-ın varisi Alice Walton-dur.
Milyarderlərin orta yaşı 66 olduğu halda, ən yaşlı milyarder ABŞ-ın 103 yaşlı sığorta maqnatı Corc Cozefdir.
Almaniyanın əczaçılıq şirkəti Boehringer Ingelheim-in varisi 19 yaşlı Yohannes fon Baumbax ən gənc milyarder kimi siyahıda yer alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
5 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
5 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
5 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
7 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
8 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
8 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
9 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
























