AFBİA və Junior Achievement birgə fəaliyyət göstərəcək
Azrəbaycan Fond Bazari İştirakçilarinin Assosiasiyasi və Junior Achievement Azərbaycan arasında memorandum imzalanmışdır4 aprel 2025-ci il tarixində Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA) və Junior Achievement Azərbaycan (JAA) arasında əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalanmışdır.
Memorandum çərçivəsində tərəflər kapital bazarları sahəsində uşaqlar və gənclərin maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət göstərəcək.
Əməkdaşlığın əsas məqsədi gənclərin kapital bazarı haqqında biliklərini artırmaq, onların maliyyə savadlılığı səviyyəsini yüksəltmək və iqtisadi qərarlar vermə bacarıqlarını inkişaf etdirməkdir. Memorandum çərçivəsində nəzərdə tutulan layihələr gənclərə maliyyə bazarlarında iştirak üçün fundamental biliklər qazandıracaq və onların iqtisadiyyatın bu sahəsinə marağını artıracaq.
AFBİA və JAA bu əməkdaşlığın gənclərin maliyyə və investisiya dünyasına daha yaxşı inteqrasiyasına töhfə verəcəyinə inanır və bu sahədə fəaliyyətlərini genişləndirmək məqsədini daşıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
2 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
2 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
2 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
4 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
5 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
5 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
6 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®























