Azərbaycan, Qazaxıstan, Özbəkistan və AİB, AİİB arasında Anlaşma Memorandumu imzalandı
Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuralarının iclasları çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Qazaxıstan Respublikasının Energetika Nazirliyi, Özbəkistan Respublikasının Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Anlaşma Memorandumu”nun imzalanması mərasimi olub.
Azərbaycan, Qazaxıstan, Özbəkistanın energetika nazirləri tərəfindən imzalanmış sənədə AİB və AİİB-nin təmsilçiləri də qoşulub.
Bu memorandum Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) birinci mərhələsini dəstəkləmək məqsədilə əməkdaşlığı nəzərdə tutur.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib: “Azərbaycan, Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin birləşdirilməsi strateji və tarixi əhəmiyyətli layihədir. “Xəzər Yaşıl Enerji Dəhlizi” təşəbbüsümüzə AİB və AİİB-in qoşulması layihənin icrasında mühüm irəliləyişlərdən biridir. Birgə əməkdaşlığımız layihənin texniki-iqtisadi tədqiqatlarına tezliklə başlamağımızı təmin edəcək. Bu regional yaşıl enerji təşəbbüsü sayəsində Azərbaycanla Mərkəzi Asiya ilk trans-Xəzər enerji dəhlizini reallaşdırmış olacaq.”
Qazaxıstanın energetika naziri Erlan Kudaybergenoviç Akkenjenov deyib: "Yaşıl dəhliz" layihəsi kimi birgə təşəbbüslər regionun enerji sistemlərini gücləndirmək, yaşıl texnologiyaları təşviq etmək və ekoloji təmiz elektrik enerjisinin davamlı ixracını təmin etmək əzmimizi nümayiş etdirir. Birlikdə biz enerjinin təkcə bir resurs deyil, həm də davamlı inkişaf və sabitliyin təməli olduğu bir gələcək yaradırıq".
Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov deyib: “Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında yaradılacaq Yaşıl Enerji Dəhlizi Mərkəzi Asiyanın bərpa olunan enerji potensialını Avropa ilə birləşdirən etibarlı və dayanıqlı körpüyə çevirən mühüm əməkdaşlıq nümunəsidir. Bu layihə yaşıl gələcək qurmaq, iqtisadi artımı təşviq etmək və uzunmüddətli enerji təhlükəsizliyini təmin etmək istiqamətindəki öhdəliyimizi əks etdirir.”
AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin Baş direktoru Yevgeni Jukov deyib: “Xəzər Yaşıl Enerji Dəhlizi təşəbbüsü üç ölkə və AİB üçün strateji prioritetdir. Bu təşəbbüs çoxsaylı regional problemlərin həlli ilə yanaşı, təmiz enerji infrastrukturu sahəsində transsərhəd əməkdaşlığın inkişafı üzrə missiyamızın həyata keçirilməsinə birbaşa töhfə verir. Memorandumun imzalanması, Azərbaycan, Qazaxıstan və Özbəkistan, eləcə də Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıq əlaqələrimizdə həlledici bir mərhələdir. Bu mövcud yanaşmamızı transformativ bir regional təşəbbüsə çevirmək üçün kollektiv öhdəliyimizi əks etdirir.”
AİİB-in nümayəndəsi Hong Vey deyib: “Asiya İnkişaf İnvestisiya Bankı “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasında Azərbaycan, Qazaxıstan, Özbəkistan hökumətləri və Asiya İnkişaf Bankı ilə əməkdaşlıqdan məmnundur. Bu layihə Mərkəzi Asiyanın böyük təmiz enerji potensialının üzə çıxmasına imkan verəcək, Azərbaycan isə Mərkəzi Asiyadan Avropaya təmiz enerji axını üçün bir qapı kimi mühüm rol oynayacaq”.
Xatırladaq ki, “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” dövlət başçıları tərəfindən 2024-cü ilin 13 noyabrında COP29 çərçivəsində imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
2 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
2 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
2 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
4 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
5 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
5 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
6 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
























