Azercell və UiPath biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
Lider mobil operator korporativ müştərilər üçün Robotik Avtomatlaşdırma Həlli (RPA) xidmətini təqdim edirÖlkənin lider mobil operatoru Azercell rəqəmsal transformasiya strategiyasının növbəti mərhələsində korporativ müştərilər üçün Robotik Avtomatlaşdırma Həlli (RPA) xidmətini istifadəyə verir. Yeni xidmət biznesin avtomatlaşdırılması və süni intellekt texnologiyaları sahəsində qlobal liderlərdən biri olan UiPath (NYSE: PATH) ilə qurulmuş strateji tərəfdaşlıq çərçivəsində təqdim olunur.
Bu əməkdaşlıq yerli müəssisələrə daxili prosesləri sadələşdirməyi, əməliyyatların səmərəliliyini artırmağı və ağıllı avtomatlaşdırma texnologiyaları vasitəsilə resurslardan daha effektiv istifadəni mümkün edir.
Azercell-in təqdim etdiyi RPA platforması orta və iri bizneslər üçün nəzərdə tutulub və gündəlik iş axınında əlavə vaxt, resurs tələb edən, təkrarlanan proseslərin avtomatlaşdırılmasına şərait yaradır. Bu texnologiya müəssisələrə əməliyyat dəqiqliyini artırmaq və məhsuldarlığı yüksəltməklə yanaşı, iş yükünün daha effektiv bölüşdürülməsinə imkan verir. Ətraflı məlumat üçün: https://www.azercell.com/az/corporate/iot/rpa.html
Tərəflər arasında əməkdaşlığın yeni perspektivləri və Azercell-in RPA sahəsindəki bir illik təcrübəsi “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova və UiPath şirkətinin Türkiyə və Şərqi Avropa üzrə vitse-prezidenti cənab Tuğrul Cora arasında keçirilən görüşdə müzakirə olunub.
“Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olaraq Azercell biznes tərəfdaşlarının avtomatlaşdırma texnologiyalarından faydalanmasına dəstək verməyə hazırdır,” – deyə Zərinə Zeynalova bildirib. “Artıq şirkət daxilində bir neçə istiqamətdə RPA həllərini tətbiq etmişik və bu texnologiyanın məhsuldarlıq, dəqiqlik və ümumi əməliyyat səmərəliliyinə əhəmiyyətli töhfələr verdiyini aydın şəkildə müşahidə edirik. Süni intellekt əsaslı innovativ platformamız korporativ müştərilərimizin gündəlik əməliyyatlarını sadələşdirməyə xidmət edir. Əsas məqsədimiz transformasiya dövründə müştərilərimiz üçün etibarlı biznes tərəfdaşı olmaqdır.”
Cənab Tuğrul Cora isə əməkdaşlıqla bağlı fikirlərini belə ifadə edib: “Azercell ilə əməkdaşlığımız şirkətin daxili proseslərinin rəqəmsal transformasiyasına mühüm töhfə verib. Əldə olunan nəticələr məhsuldarlığın və əməliyyat səmərəliliyinin əhəmiyyətli dərəcədə artdığını göstərir. İnanırıq ki, süni intellekt və avtomatlaşdırma texnologiyalarının Azərbaycanda sürətli tətbiqi bizneslərin rəqabət qabiliyyətinin və ümumi məhsuldarlığın yüksəlməsinə ciddi təsir göstərəcək. Azercell ilə tərəfdaşlıq çərçivəsində yerli müəssisələrin rəqəmsal transformasiya yolunda uğur qazanmalarına dəstək verməyi hədəfləyirik.”
Görüş çərçivəsində tərəflər Azərbaycanda rəqəmsal innovasiyaların inkişafı istiqamətində gələcək strateji təşəbbüsləri də müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























