KOB-ların iri ticarət şəbəkələrinə çıxışının daha da asanlaşdırılması müzakirə edilib
Ticarət şəbəkələrinin fəaliyyəti ilə bağlı ictimai müzakirə təşkil olunub. Tədbirdə müvafiq sahədə qanunvericiliyin tələbləri, ticarət şəbəkələrinin fəaliyyəti, bu şəbəkələr və istehsalçılar arasında münasibətlər, KOB-lar üçün imkanlar müzakirə edilib, sahibkarların təklifləri dinlənilib.Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib. “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələri, həmçinin iri ticarət şəbəkələrinin 40-a yaxın təmsilçisi iştirak edib.
Marja.az KOBİA-ya istinadən xəbər verir ki, KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev ictimai müzakirənin dövlət-sahibkar əməkdaşlığı çərçivəsində müvafiq sahədə qanunvericiliyin tələblərinin, ticarət şəbəkələrinin fəaliyyətinin, bu şəbəkələr və sahibkarlar arasında münasibətlərin, eləcə də KOB-ların iri ticarət şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsinin müzakirə olunması məqsədilə keçirildiyini qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxışında inkişaf edən ticarət şəbəkələrinin sağlam və ədalətli rəqabət mühitinin formalaşmasına, iqtisadiyyatın ümumi dinamikasına, istehsal sektorunun genişlənməsinə və sosial rifahın yüksəlməsinə müsbət təsirlərindən bəhs edib. Bildirilib ki, Agentlik tərəfindən şəffaf ticarət münasibətlərinin dəstəklənməsi və təşviqi məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir, bazar iştirakçıları ilə birbaşa dialoqlar aparılır. E.Bağırov ticarət şəbəkələrinin fəaliyyətində istehlakçı hüquqları və rəqabət qanunvericiliyinə riayət edilməsinin vacibliyini diqqətə çatdırıb, qabaqlayıcı nəzarət mexanizmlərinin tətbiqi və maraqlı tərəflərlə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ticarət şəbəkələrinin iqtisadiyyatda, xüsusilə də KOB-ların məhsullarının tanıdılması və satış imkanlarının genişləndirilməsində rolunu diqqətə çatdıraraq, dövlətin bu sahədəki dəstək tədbirlərinin KOB-ların bazarlara çıxış imkanlarını artırdığını bildirib. Qeyd olunub ki, KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmlərindən bir neçəsi KOBİA tərəfindən təmin olunur. Bugünkü ictimai müzakirənin başlıca məqsədlərindən biri də məhz KOB-ların iri ticarət şəbəkələrinə çıxışının daha da asanlaşdırılmasını müzakirə etməkdir. Ticarət şəbəkələri ilə KOB-ların əməkdaşlıq üsullarının təkmilləşdirilməsi, regionlarda logistik imkanların artırılması və təchizat zəncirinin optimallaşdırılması, rəqəmsal ticarət platformalarının dəstəklənməsi və KOB-ların bu platformalara inteqrasiyası, ticarət mədəniyyəti, keyfiyyət standartları və şəffaflıq sahəsində maarifləndirmə tədbirlərinin gücləndirilməsi vacibdir. KOB-lar isə istehsal etdikləri məhsulların ticarət şəbəkələrinə uyğunluğunu qiymətləndirməli, brendləşməyə və qablaşdırmaya, elektron ticarətə və müştəri məmnuniyyətinə önəm verməli, market və iri satış nöqtələri ilə əməkdaşlıqda təşəbbüskar olmalıdırlar. Bu, KOB-ların ticarət şəbəkələri ilə əlaqələrinin daha da genişlənməsinə xidmət edəcəkdir.
ASK-nın prezidenti Məmməd Musayev ticarət şəbəkələrinin məhsul satışı ilə yanaşı, qiymətlərin formalaşması, məhsul çeşidinin genişlənməsi və istehlakçının tələblərinin öyrənilməsində vacib rolunu, belə tədbirlərin ticarət şəbəkələrinin vəziyyəti, bu sahədə biznesin çətinliklərinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirdə biznes subyektlərinin təklifləri və çətinlikləri öyrənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
1 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
39 d. əvvəl
Azərbaycanda plaq-in hibridlərin sayı 6 dəfədən çox artıb— yeni statistika açıqlandı
-
49 d. əvvəl
“Qızıl payız” kampaniyası – Lombard krediti 1%-dən başlayan faizlə ®
-
55 d. əvvəl
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
- 58 d. əvvəl
-
1 saat əvvəl
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Changan 4 dəfədən çox, BYD təxminən 5 dəfə artıb - Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
1 saat əvvəl
Bakıda daha bir böyük yol layihəsi – Tunel, dairə və yeni yan yol tikiləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sərmayə uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
Ən çox oxunanlar
“Sizin Lombard”- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Rəsmi məzənnələr açıqlandı



























