Qlobal bazarlarda son vəziyyət
Bugün ABŞ-da, Almaniyada və Avrozonada əhəmiyyətli statistik göstəricilərin dərc olunması ərəfəsində beynəlxalq birjalarda dollar major valyutalar qarşısında öz mövqelərini möhkəmləndirməyə çalışır. EUR/USD valyuta cütlüyü 1.14210 səviyyəsindən 1.13550 səviyyəsinə qədər ucuzlaşıb. Qızılın dəyəri 3300$ həddinin üzərində qalmaqda davam edir. Hazırda qiymətli metal 3310$-a ticarət olunur.
Neft qiymətləri azalmağa davam edir. “Qara qızıl” aprel ayını son üç il ərzindəki ən böyük enişlə başa vurur. Bu, Vaşinqtonun başladığı ticarət müharibəsinin qlobal iqtisadiyyatı və enerji daşıyıcılarına tələbi zəiflədəcəyi ilə bağlı narahatlıqlar fonunda baş verir. Həmçinin, Amerika Neft İnstitutunun (API) qiymətləndirməsinə görə, ötən həftə ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 3.76 milyon barel artıb. “Brent” markalı neftin bir barrel üçün qiyməti isə dünəndən etibarən 64.75$-dan 62.50$-a qədər ucuzlaşıb.
Ötən gün “Conference Board” tədqiqat şirkəti tərəfindən dərc olunan hesabata əsasən, ABŞ-da İstehlakçıların İnam İndeksi aprel ayında 86.0 bənd səviyyəsinə qədər enib. Qeyd etmək lazımdır ki, göstərici mart ayında 93.9 bənd təşkil edib. Analitiklər indeksin aprel ayında 87.5 bənd olacağını proqnozlaşdırmışdılar. ABŞ-ın Əmək Nazirliyinin Statistika Bürosunun təqdim etdiyi məlumata görə, əmək bazarında açıq vakansiyaların sayı (JOLTS) mart ayında 7.192 milyon təşkil edib.
Həmçinin, Amerikanın məhsullar üzrə Ticarət Saldosunun kəsiri mart ayında 161.99 milyard dollara yüksəlib ki, bu da fevral ayı ilə müqayisədə 9.6% artım deməkdir. Qeyd edək ki, fevral ayı üzrə göstərici 147.85 milyard dollar səviyyəsində olmuşdu. Kəsirin artması ABŞ-ın ixracdan daha çox idxal etməyə davam etdiyini göstərir və bu, ölkənin xarici ticarət balansına əlavə təzyiqlər yaradır. Mart ayında ABŞ-a məhsul idxalı aylıq ifadədə 5%, illik müqayisədə isə 30.8% artaraq 342.7 milyard dollar olub. İxrac isə fevral ayı ilə müqayisədə 1.2%, ötən ilin mart ayı ilə müqayisədə 6.8% artaraq 180.8 milyard dollar səviyyəsində qərarlaşıb.
Bugün ABŞ-da, Avrozonada və Almaniyada dərc olunacaq ÜDM göstəriciləri, həmçinin, Amerikada açıqlanacaq Şəxsi Xərclərin Qiymət İndeksi və Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (ADP), Almaniyada isə dərc olunacaq İstehlak Qiymətləri İndeksi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir. Əlavə olaraq, Almaniyada İşsizlik Səviyyəsi və Pərakəndə Satış Dövriyyəsinin Həcmi, ABŞ-da isə Əhalinin Şəxsi Xərcləri göstəricilərinin açıqlanması gözlənilir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
15 d. əvvəl
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
15 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
15 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dalio: Çin və Yaponiya ABŞ istiqrazlarından geri çəkilə bilər
“Bridge Group”un 90%-nə sahib olduğu şirkətdə ciddi geriləmə: gəlir 12,6 milyon, mənfəət 3,7 milyon manat azalıb
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
Ən çox oxunanlar
Mağazalar şəbəkəsi Qaxda yeni filial açır
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir
























