Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən ABŞ-Çin danışıqlarının nəticələrinin müsbət açıqlanması fonunda beynəlxalq birjalarda dollar major valyutalar qarşısında kəskin şəkildə bahalaşdı. Bugün səhər saatlarında isə ABŞ valyutası bir qədər zəifləyib.
EUR/USD valyuta cütlüyü 1.12430 səviyyəsindən 1.10650 səviyyəsinə qədər ucuzlaşdıqdan sonra 1.11190 səviyyəsinə qədər artım sərgiləyib. GBP/USD cütlüyü cari həftənin ilk günü 1.32980 həddindən 1.31390 həddinə qədər zəiflədikdən sonra, bugün 1.32140 həddinə kimi bahalaşıb. USD/JPY cütlüyü isə 3 aprel tarixindən bəri ilk dəfə 148.650 səviyyəsinə qədər yüksəlib.
Dolların bahalaşması qızılın “güvənli liman” maliyyə aləti kimi təzyiq altında qalması ilə nəticələndi. Qiymətli metalın dəyəri 3207$-a qədər endi. Hazırda sarı metal, bir qədər bahalaşaraq, 3258$-a ticarət olunur. “Brent markalı neftin bir barel üçün qiyməti 66$-a qədər yüksəldikdən sonra 64.30$-a kimi ucuzlaşıb. “Bitcoin”-ın qiyməti isə 100000$ səviyyəsinin üzərində möhkəmlənməyə çalışır. Hazırda kapitallaşmasına görə dünyanın ən böyük kriptovalyutasının dəyəri 102560$ təşkil edir.
Bazar ertəsi günü ABŞ və Çin qarşılıqlı şəkildə bir-birlərinin məhsullarına tətbiq olunan əksər gömrük rüsumlarının qüvvədən düşməsi barədə razılığa gəliblər. Bu, dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət gərginliyinin azalmasından xəbər verir.
“Biz 90 günlük fasilə və tarif dərəcələrinin əhəmiyyətli dərəcədə azaldılması barədə razılığa gəldik. Hər iki tərəf qarşılıqlı tariflər üzrə rüsumlarını 115% azaldacaq,” – deyə ABŞ-ın maliyyə naziri Skott Bessent mətbuat konfransında bildirib. Beləliklə, ABŞ Çin mallarına tətbiq etdiyi rüsumları 145%-dən 30%-ə endirəcək, Çin isə ABŞ-dan idxala tətbiq olunan rüsumları 125%-dən 10%-ə endirəcək.
Bugün investorların diqqət mərkəzində ABŞ-da dərc olunacaq İstehlak Qiymətləri İndeksi olacaq. Ekspertlər göstəricinin aylıq ifadədə 0.3%, illik ifadədə isə 2.4% artdığını proqnozlaşdırıblar. Həmçinin, bugün İngiltərə Bankının (BoE) sədri Endryu Beylinin baş tutacaq çıxışı, Almaniyada və Avrozonada dərc olunacaq ZEW iqtisadi indeksləri və Böyük Britaniyada açıqlanacaq əmək bazarı hesabatı bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
11 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























