Prezident İlham Əliyev sərgilər ilə tanış olub
Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanış olub.
Artıq milli brendə çevrilmiş “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri kənd təsərrüfatı və qida sənayesi sahələrində Xəzər regionunun ən böyük sərgiləridir. Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, həmçinin açıq sahəsini əhatə edən və mayın 16-da başa çatacaq “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. İştirakçı və ziyarətçilərin istəkləri nəzərə alınaraq, bu il sərgilər 4 gün davam edəcək.
Sərgilərin coğrafiyası dünyanın bir çox yerini əhatə etməklə, olduqca genişdir. Burada ABŞ, Çin, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı kənd təsərrüfatı istehsalçıları məhsullarını nümayiş etdirirlər. Qeyd edək ki, Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir sərgilərdə milli qruplar şəklində təmsil olunur.
Dövlətimizin başçısı İtaliyanın stendi ilə tanış oldu. “İtaliya Respublikasının Milli Qrupu”nda ümumilikdə 7 şirkət təmsil olunur. Onlar müxtəlif kənd təsərrüfatı məhsullarını təqdim edirlər. İtaliya bu sərgilərə böyük maraq göstərən ölkələrdəndir. Odur ki, bu ölkə 10 ildən çoxdur ki, sərgilərdə iştirak edir.
Bu il “InterFood Azerbaijan” sərgisi öz 30 illik yubileyini qeyd edir. Ötən illər ərzində 50-dək ölkədən 3 mindən çox şirkət və 150 mindən artıq ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusunu qazanıb. Burada təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayəsi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Eyni zamanda, sərgi ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək, onun gücləndirilməsinə də töhfə verir.
Almaniya da sərgidə mütamadi olaraq iştirak edir. “Almaniya Milli Qrupu”nda kənd təsərrüfatı məhsullarını təqdim edən 8 şirkət təmsil olunur. Bu şirkətlər yalnız Almaniyada deyil, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dünyanın tanınmış şirkətləridir. Qeyd edək ki, Almaniya 5 ildir ki, sərgilərə qatılır.
Sərgilər Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Eyni zamanda, sərgilərə Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Qida və İçki Sənayeçiləri Assosiasiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası fəal şəkildə dəstək verir.
Cənubi Koreyanın stendində 3 şirkət təmsil olunur. Onlar kənd təsərrüfatı məhsulları sahəsində tanınmış şirkətlərdir. Bu şirkətlər meyvəsoyma və emal avadanlıqları, meyvə-bağçılıq materialları üzrə ixtisaslaşıblar. Eyni zamanda, şirkətlərin biri süni intellektə əsaslanan sistemlə ağıllı heyvandarlıq monitorinqi və idarəetməsi sahəsində xidmətlərini təklif edir. Cənubi Koreya artıq ikinci ildir ki, sərgidə iştirak edir.
Kənd Təsərrüfatı Nazirliyi bu il də sərgilərdə stendlə iştirak edir. 2025-ci ildə nazirliyin iştirakının əsas mövzusu süni intellektin kənd təsərrüfatında tətbiqi ilə bağlıdır. Belə ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq süni intellektin kənd təsərrüfatında tətbiqi prioritet kimi müəyyən olunub. Sərgilər çərçivəsində Nazirlik süni intellektin tətbiqi ilə bağlı bir neçə layihəni iştirakçılara təqdim edəcək. Hazırda gündəmdə olan əsas məsələlərdən biri Azərbaycan universitetlərində süni intellekt istiqamətində təhsil alan tələbələr və bazarda olan böyük aqroparklar arasında sinerjinin yaradılmasıdır.
Prezident İlham Əliyev Gürcüstanın stendi ilə də tanış oldu. “Gürcüstan Milli Qrupu”nda 8 şirkət var. Onlar əsasən qida məhsullarını təqdim edirlər. Gürcüstan da bu sərgilərə böyük maraq göstərir. İndiyədək bu ölkə 10 dəfə sərgilərdə təmsil olunub.
“Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir. Buraya kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçıları, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, məhsulların distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar toplaşır.
Ekspozisiyada “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri də yer alır.
Sərgilər “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayır. Ötən il olduğu kimi, bu il də “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində iştirakçılar bu brend altında məhsullarını nümayiş etdirirlər.
Uzun illərdir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sərgiləri fəal şəkildə dəstəkləyir, kiçik və orta sahibkarların tədbirlərdə iştirakı üçün stend təşkil edir. Şirkətlər bazarın yenilikləri ilə tanış olur, sahənin aparıcı liderləri ilə əlaqələr quraraq, inkişaf edir.
Belarus da sərgilərə böyük maraq göstərən ölkələrdəndir. Milli stenddə qida məhsulları istehsal edən 15 şirkət təmsil olunur. Onlar pendir, ətin qablaşdırması və emalı, süd sənayesi kimi sahələrdə ixtisaslaşmış şirkətlərdir. Bundan başqa Belarusun kənd təsərrüfatı texnikası da sərgidə geniş təmsil olunur. Qeyd edək ki, 10 ildən çoxdur bu ölkə sərgilərdə iştirak edir.
Prezident İlham Əliyev sərgilərin açıq hissəsində nümayiş etdirilən texnika və pavilyonlarla tanış oldu. Azərbaycanın kənd təsərrüfatı və qida sənayesinin inkişafına dəstək verərək, ölkənin ixrac potensialının artırılması, xarici investisiyaların cəlb edilməsinə imkan yaradır, eyni zamanda, qida təhlükəsizliyi və innovativ həllərin tətbiqi üçün əlverişli platforma rolunu oynayır. Sərgilərin miqyasını və sərgi çərçivəsində keçirilən tədbirlərin zəngin proqramını nəzərə alaraq, “Caspian Agro” və “InterFood Azerbaijan” 2026-cı ildən etibarən yeni “AgriWeek” brendi altında keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 d. əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinləri istehsalı nəzərdən keçirilib
-
3 saat əvvəl
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"İranla danışıqlar müsbət nəticələnməsə, İsrail hərbi variantı nəzərdən keçirəcək"
-
4 saat əvvəl
Azərbaycanda xarici bank kartı ilə ictimai nəqliyyatda ödəniş mümkün olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Bakı Fond Birjası ilə Pakistan Milli Klirinq Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Gömrük Komitəsinin sədrindən ödənişsiz 300 dollarlıq mal gətirilməsi ilə bağlı açıqlama
"Sahibkarlar günü"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Azərbaycan ərəblər ilə elektrik enerjisi dəhlizinin yaradılması təşəbbüsünü müzakirə edib
Hazır mənzillər ipoteka imkanı ilə "Park Yasamal"da!






.jpg)






.jpg)










