Dəstək və əzm sayəsində əldə olunan nailiyyətlər: qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda - FOTO
Beynəlxalq olimpiadalarından qızıl medallara qayıdan gənc çempionlar ilə “McDonald’s”da görüş təşkil edilib. Görüşdə “McDonald’s Azərbaycan” şirkətinin sədri də iştirak edib. Çempionun aanası: “Onların köməyi uşaqlarımızın nüfuzlu yarışlarda iştirak etmək arzusunu həyata keçirməyə imkan verdi".(®) Geniş auditoriya IMEC və TIMO beynəlxalq olimpiadalarında qızıl medallara layiq görülən azərbaycanlı məktəblilərin hekayələri ilə artıq tanış olub.
“McDonald’s Azərbaycan”ın dəstəyi sayəsində iştirakçılar yarışların beynəlxalq mərhələlərinə yollana və ölkəmizi layiqincə təmsil edə biliblər.
Bakıya qayıtdıqdan sonra gənc çempionlar üçün “McDonald’s” restoranlarından birində səmimi, qeyri-rəsmi görüş təşkil edilib.
Görüşdə “McDonald’s Azərbaycan”ın Müşahidə Şurasının sədri Fərid Əlizadə və Dövlət Sosial Müdafiə Fondunun Layihələrin idarə olunması departamentinin müdiri Elnur Məmmədov da iştirak ediblər.
Uşaqların yarışlara hazırlaşması, qələbəyə uzanan yolu və bu yolda onlara göstərilən dəstək haqqında daha çox məlumat əldə etmək üçün uşaqların valideynləri ilə söhbət edilib.
“O, atasına verdiyi vədə əməl etdi”
Araz Şadmanzadə IMEC (International Mathematics Examination Competition) Beynəlxalq Riyaziyyat Olimpiadasının mütləq çempionu olub.
Bakıda keçirilən seçim turunda uğurla iştirak etdikdən sonra o, Sidneydə təşkil edilən finala yollanıb. Final mərhələsində bütün tapşırıqları cəmi 18 dəqiqə 22 saniyə ərzində yerinə yetirən Araz maksimum bal toplayıb və 15 ölkəni təmsil edən 64 iştirakçını üstələməyi bacarıb.
“McDonald’s Azərbaycan” Bakıya qayıdan Araz və digər iştirakçılar üçün görüş təşkil edib. Görüş zamanı şirkət nümayəndələri məktəbliləri qələbə münasibətilə təbrik edib və onlara xatirə hədiyyələri veriblər.
Anası, Gülşən xanım, Arazın hələ erkən yaşlarından şahmat və riyaziyyata maraq göstərdiyini deyib. Onun sözlərinə görə, məktəbdə keçirilən ilk yarışlarından sonra o, inadla məşğul olmağa davam edib və nəticələrini daim yaxşılaşdırmağa çalışıb.
“Bir vaxtlar o, atasına qızıl medal qazanacağına söz vermişdi. Bu vəd onun üçün vacib bir məqsəd olaraq qalırdı. 2023-cü ildə Araz liseyə qəbul oldu, elə həmin il atası, polkovnik-leytenant Əkrəm Şadmanov şəhid oldu. O, 1984-cü ildə Kəlbəcər rayonunun Zivel kəndində anadan olmuşdu, Azərbaycan Ordusunda xidmət etmiş, Qubadlı və Cəbrayılın azad olunmasına görə medallarla təltif edilmiş, ölümündən sonra “Vətənə xidmətə görə” ordeninə layiq görülmüşdü. Araz bu itkini çox ağır keçirdi, lakin atasına verdiyi vədə sadiq qalaraq yoluna davam etməyi bacardı,” — Gülşən xanım deyir.
Gülşən xanım qeyd edib ki, Arazın Avstraliyaya səfəri “McDonald’s Azərbaycan” və Dövlət Sosial Müdafiə Fondunun dəstəyi sayəsində mümkün olub:
“Bu yardım həlledici rol oynadı. Araz öz vədinə əməl etdi. İndi o, həkim olmaq və Xankəndidə çalışmaq, həmçinin yaxın gələcəkdə beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edərək şahmat sahəsində uğur qazanmaq arzusundadır.”
“O, qürurla deyir ki, atasının uğrunda həyatını fəda etdiyi bayrağı həmişə dalğalandıracaq”
Nazlı Ələkbərzadənin anası Lalə Ələkbərova qızını xeyirxah, məqsədyönlü və hərtərəfli inkişaf etmiş şagird kimi xarakterizə edir. Nazlı riyaziyyat, məntiq, robototexnika ilə maraqlanır, həmçinin rəqs və gimnastika ilə məşğul olur.
“Kiçik yaşlarından o, təhsilə maraq göstərirdi və həmişə yeni nailiyyətlərə can atırdı. TIMO olimpiadasında atasının xatirəsinə Azərbaycan bayrağını layiqincə yüksəldəcəyinə və qızıl medal qazanacağına söz vermişdi. Antalyada keçirilən beynəlxalq mərhələdə isə bu vədini yerinə yetirərək birinci yerə layiq görüldü,” — deyə Lalə xanım bildirir.
Nazlının atası Əli Ələkbərov Azərbaycan Ordusunun əsgəri olub. O, 1985-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub, Vətən müharibəsində Suqovuşan və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 17 oktyabr 2020-ci ildə Ağdamda şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Onu da qeyd edək ki, Nazlının qardaşı Əkbər Ələkbərzadə də təhsilində mükəmməl nəticələr göstərir. Belə ki, o, TIMO olimpiadasında bürünc, UAMO olimpiadasında isə qızıl medal qazanıb. Əkbər də riyaziyyat və məntiq sahəsində ailə üzvlərinin uğurlu ənənəsini davam etdirir.
Lalə xanım “McDonald’s Azərbaycan”ın və Dövlət Sosial Müdafiə Fondunun dəstəyinin vacibliyini vurğulayıb:
“Onların köməyi uşaqlarımızın nüfuzlu yarışlarda iştirak etmək arzusunu həyata keçirməyə imkan verdi. Bakıya qayıtdıqdan sonra məktəblilərə göstərilən səmimi qəbula və diqqətə görə çox minnətdarıq”.
İnadkarlıq və dəstəyin səbəb olduğu qələbələr
Araz və Nazlının hekayələri iradənin və savadlı olmaq istəyinin bariz nümunələridir.
Onların əldə etdiyi nailiyyətlər gələcək nəslin inkişafına töhfə olmaqla yanaşı, həm də ölkəsinin müdafiəsində duranların xatirəsinə hörmət əlamətidir.
Qeyd edək ki, “McDonald’s Azərbaycan” şirkəti Dövlət Sosial Müdafiə Fondu ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində Vətən müharibəsinin şəhid və veteran ailələrindən olan 58 uşağın beynəlxalq TIMO və IMEC olimpialarında iştirakına dəstək göstərib, seçim mərhələlərini uğurla keçən şagirdlərin səfərlə bağlı bütün xərclərini öz üzərinə götürüb.
Nəticədə, 14 məktəbli milli səviyyədə mükafata layiq yerlər qazanıb, onlardan ikisi - Araz Şadmanzadə və Nazlı Ələkbərzadə isə Azərbaycanı beynəlxalq arenada uğurla təmsil ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 19 saat sonra
-
-
1 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
1 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
3 saat əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
4 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Expressbank eyni gündə 2 filial açıb
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
























