Azərbaycan miqdarı çoxaltmaqla neft və qaz və ixracından gəlirini artırıb
2025-ci ilin ilk 4 ayı ərzində Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracının məbləği 7 milyard 716 milyon 70 min dollar təşkil edib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin ilk 4 ayı ərzində Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracının məbləği 7 milyard 248 milyon 578 min dollar təşkil etmişdi.
NEFT VƏ QAZ İXRACINDAN GƏLİR ARTIB
2024-cü ilin 4 ayı ərzində xam neft ixracınını məbləği 4 milyard 364 milyon 590 min dollar, təbii qaz ixracının məbləği 2 milyard 758 milyon 783 min dollar ikən, 2025-ci ilin eyni dövründə xam neft ixracının məbləği 4 milyard 562 milyon 682 min dollar, təbii qaz ixracının məbləği isə 3 milyard 65 milyon 562 min dollar təşkil edib.
ARTIM İXRAC MİQDARININ ARTIRILMASI İLƏ BAĞLIDIR
Qeyd edək ki, 2025-ci ilin ilk 4 ayında neft və qazdan gəlirlərin artması ixrac miqdarının artırılması ilə bağlıdır. Belə ki, ixrac olunmuş xam neftin miqdarı 2024-cü ilin ilk 4 ayında 6 milyon 928 min 456 ton ikən, 2025-ci ilin ilk 4 ayında 8 milyon 203 min 845 ton təşkil edib. Təbii qaz ixracının miqdarı isə 7 milyard 706 milyon 861 min kub metrdən 8 milyard 160 milyon 30 min kub metrə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
1 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
-
2 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
-
3 saat əvvəl
İnvestorlara 15% gəlirlilik təklif olunur – Yerləşdirmə oktyabrın 2-də
-
3 saat əvvəl
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
-
3 saat əvvəl
Müctəba Xamenei: Tezliklə Ərəb dənizi də "düşmən qüvvələri"ndən təmizlənəcək
-
3 saat əvvəl
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®
Ən çox oxunanlar
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir! ®
Əməkdaşlarının rəyləri şirkətə beynəlxalq sertifikat qazandırdı
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®






















