Naxçıvan şəhərinin başçısı Urumçi şəhərinə səfər edib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin Urumçi şəhərinə rəsmi səfəri çərçivəsində Urumçi şəhərinin Meri cənab Yaqub Paydulla ilə görüşü keçirilib.
Görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 aprel 2025-ci il tarixində Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair imzalanmış Niyyət Məktubu"na uyğun olaraq ikitərəfli münasibətlərin qurulması müzakirə edilib. Müzakirələr çərçivəsində Naxçıvan şəhəri ilə Urumçi şəhəri arasında iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq imkanları təklif edilib. Həmçinin əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin müzakirəsi üçün Urumçi şəhərinin rəhbərliyi Naxçıvan şəhərinə rəsmi səfərə dəvət edilib.
Qeyd edək ki, rəsmi səfərdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini İmran Məmmədov da iştirak edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























