AFB Bankın Bahar Sevinci kampaniyası başa çatdı: Qaliblər mükafatlandırıldı! ®
AFB Bank tərəfindən 20–31 mart tarixlərində keçirilən "Bahar Sevinci" kampaniyası uğurla yekunlaşdı. Mastercard ilə nağdsız ödəniş edən müştərilərin həyəcanla iştirak etdiyi kampaniya çərçivəsində iki kateqoriya üzrə 30 qalib mükafatlandırılıb.
Kampaniyanın qalibləri AFB Bankın baş ofisində keçirilən xüsusi tədbirdə təntənəli şəkildə mükafatlandırılıb. Tədbirdə həm ölkə daxilində, həm də xaricdə ən çox nağdsız əməliyyat həyata keçirən müştərilər iştirak ediblər.
Qaliblərə təqdim olunan mükafatlar, onların nağdsız ödənişləri təşviq etməklə yanaşı, müştərilərin bank xidmətlərindən məmnuniyyətini artırmağa yönəlib.
Tədbir çərçivəsində, AFB Bankın rəhbər heyəti ilə müştərilər arasında səmərəli müzakirələr aparılıb. Bankın inkişaf strategiyası, müasir ödəniş texnologiyalarının tətbiqi və rəqəmsal xidmətlərin təkmilləşdirilməsi istiqamətində fikirlər bölüşülüb. Təkliflər və rəylər bankın gələcək planlarının daha da təkmilləşdirilməsi üçün nəzərə alınıb.
Bu təşəbbüs, nağdsız ödənişlərin üstünlüklərini vurğulamaqla yanaşı, bank-müştəri əlaqələrinin möhkəmləndirilməsi, rəqəmsal maliyyə alətlərinə olan etibarın artırılması və ödəniş infrastrukturunun inkişaf etdirilməsi baxımından mühüm addım olub.
AFB Bankın son bir il ərzində ümumi kart dövriyyəsi 429.141.657 manat təşkil etmişdir ki, bu da əvvəlki dövrlə müqayisədə 10% artım deməkdir. Bundan əlavə, Apple Pay və Google Pay kimi token əsaslı ödəniş xidmətləri vasitəsilə aparılan əməliyyatlarda əvvəlki dövrlə müqayisədə 3 dəfədən çox artım müşahidə olunmuşdur.
Qaliblərlə görüş zamanı AFB Bankın təqdim etdiyi "MONO" kartı haqqında da məlumat verilib Bu kart, yüksək keşbek imkanları və rəqəmsal ödəniş rahatlığı ilə müştərilərin gündəlik maliyyə əməliyyatlarını daha sərfəli və əlçatan edir.
AFB Bank müştərilərin maliyyə alışqanlıqlarını daha rahat və mükafatlandırıcı hala gətirmək üçün bu kimi kampaniyaları davam etdirməkdə qərarlıdır. Gələcək təşəbbüslərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyin!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 4 saat əvvəl
-
4 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















