Mərkəzi bankların qızıl "iştahı"
Qızıl qiymətləri rekord həddə çatdıqda, mərkəzi banklar qiymətli metalın alışlarla gücünü qorumağa kömək edir.Qlobal investisiya bankı "Goldman Sachs"ın analitiklərinin hesablamalarına görə, dünya üzrə mərkəzi banklar ayda təxminən 80 ton qızıl alırlar.
Marja xəbər verir ki, bu məbləğ hazırkı qiymətlərlə təxminən 8,5 milyard dollara bərabərdir. Satınalmaların əksəriyyəti açıq olmasa da, xarici ticarət məlumatları göstərir ki, xüsusilə Çin naməlum alıcılarla İsveçrə vasitəsilə qızıl alır.
Ümumdünya Qızıl Şurasının məlumatına görə, mərkəzi banklar və suveren fondlar birlikdə ildə 1000 ton qızıl alır ki, bu da illik qızıl hasilatının ən azı dörddə birini təşkil edir. HSBC-nin 72 mərkəzi bankı arasında yanvar ayında apardığı sorğu nəticəsində məlum olub ki, bankların üçdə birindən çoxu 2025-ci ildə daha çox qızıl almağı planlaşdırır və qızıl satmağı planlaşdırmır.
2025-ci ilin sonu üçün qızılın qiyməti üzrə proqnozunu 1 unsiya üçün 3700 dollar səviyyəsində saxlayan "Goldman", bu proqnozun səbəbi kimi “davamlı alışlara inamı” göstərib. Aprel ayında ən yüksək səviyyəsinə qalxaraq 3500 dollara çatan qızılın unsiyasının qiyməti, bu səhər 0,2 faiz bahalaşma ilə 3360 dollara ticarət olunub. Qiymətli metal isə bu il spot bazarda 25 faizdən çox dəyər qazanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
38 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
1 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























