Urbanizasiyanın yaratdığı çətinliklər Bakıda müzakirə olunub
2050-ci illərdə gözlənilir ki, bugünkü 54% nisbətən, əhalinin üçdə iki hissədən çoxu şəhərlərdə yaşayacaq.
Baxmayaraq ki, mütəşəkkil və səmərəli şəhərlərin bir çox faydaları olsa da, biz bu sürətli, çox vaxt planlaşdırılmamış urbanizasiyanın dərin sosial sabitlik riskləri, tənqidi infrastruktur riskləri, potensial su böhranları və xəstəliyin dağıdıcı yayılması potensialı ilə nəticələnə biləcəyini bilməliyik.
Bir çox ölkələr üçün böyük problemə çevrilən urbanizasiyanın həlli üçün konkret tədbirlər planları hazırlanmalıdır.
Bu fikir oikos Bakı tərəfindən "Dayanıqlı Urbanizasiyada Liderlik" mövsuzunda təşkil olunan beynəlxalq Mərkəzi və Şərqi Avropa Regional Görüşündə səslənib. 7-10 sentyabr tarixlərində Bakıda keçirilən 4 günlük tədbir yerli və xarici iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Xatırladaq ki, seminarlarda 20 beynəlxalq, 30 yerli nümayəndə iştirak etdi.
Görüşün birinci gününün ən yadda qalan hissəsi “Dünya və İnsan” adlı teatr tamaşası olub. Urbanizasiyanın yaratdığı çətinliklər isə “Green Baku”-un təsisçisi Samir Qədirov və “Green Building Council, Azerbaijan”-ın baş icraçı direktoru Fuad Bağırov və Ernst&Young Azərbaycan şirkətinin nümayəndisi Orxan Rəcəbov və Zülala Abdulazizova tərəfindənmaraqlı məruzələrdə vurğulandı. Sonrakı gün Fuad Bağırov, PİLLƏ təşkilatının təsisçilərindən Müslüm İmranlı və ADA Universitetinin professoru Anar Vəliyev tərəfindən “Urban planning” və “Divided Cities” mövzusunda panel diskussiyalar isə daha çox problemin həlli yollarına aydınlıq gətirdi.
Tədbirin sonuncu günü Mərkəzi və Şərqi Avropa Regional Görüşü iştirakçıları Azərsun Holdinqin Kağızın Yenidən Emal fabrikində iş prosesi ilə tanış oldular.
Qeyd edək ki, oikos təşkilatı dayanıqlı inkişaf konsepsiyasını irəli sürən ən önəmli beynəlxalq tələbə təşkilatlarından biridir. Təşkilatın 21-dən cox ölkədə 40-a yaxın yerli şöbələri fəaliyyət göstərir. oikos beynəlxalq birliyinin 1000 tələbə və 3000-dən çox məzun olmuş şəxslərdən ibarət professional komandası mövcuddur və bu komandanın təsir əhatəsi 50000 tələbə və gənci əhatə edir.
oikos davamlı dəyişiklik faktorunun təşviqi üçün aparıcı istinad nöqtəsidir. oikos Baku təşkilatı da bu məqsədlə yaranan təşkilatlardan biridir və məqsədi Azərbaycanda dayanıqlı iqtisadi inkişaf, sahibkarlıq, ekologiya, enerji təhlükəsizliyi və sosial tərəqqi mövuzları altında gəncləri bir araya toplamaq, interaktiv mərkəzlər yaratmaq, sosial-ictimai tədbirlər, kiçik sahibkarlıq layihələri, biznes və innovativ yeniliklər üzrə proqramlar formalaşdırmaq və tədris proqramları həyata keçirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
3 saat sonra
Unicapital-dan investisiyaya başlayanlar üçün kampaniya: Səhm və kriptovalyutalara 0% komissiya ®
-
-
3 d. əvvəl
Qlobal bank nəhəngi “Citigroup” Mərkəzi Bankda – strateji tərəfdaşlıq genişlənir
-
13 d. əvvəl
Axtarışda olan 80 nəfər saxlanılıb — Onlardan 52-si borclu şəxsdir
- 56 d. əvvəl
-
1 saat əvvəl
Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb
-
1 saat əvvəl
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
-
1 saat əvvəl
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
-
1 saat əvvəl
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
Abşeron Qaz Emalı Zavoduna yarım milyondan çox vəsait ayrılır - Bazar dəyəri müəyyən ediləcək
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranın təklifi qəbuledilməzdir
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib
Tramp: Bu həftə İranla daha çox danışıqlar gözləyirəm




























