Azərbaycan və Vyetnam şirkətləri anlaşdı - ADLARI
Bu gün Hanoy şəhərində keçirilmiş Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının I iclası və Azərbaycan-Vyetnam Biznes Forumu çərçivəsində 5 sənəd imzalanıb.
Sənədlər iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Birinci sənəd Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) ilə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında imzalanıb, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına töhfə verməyi hədəfləyir.
İkinci sənəd Vyetnamın tekstil və geyim sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən olan “Phong Phu” Korporasiyası və Azərbaycana məxsus “GP Cotton Holdings" MMC arasında, üçüncü sənəd Vyetnamın “Tuong Vu Joint” şirkəti ilə Azərbaycanın “Fresh-Meat” şirkəti arasında, dördüncü sənəd "7 Center" şirkətilə Azərbaycanın “Anc Group” şirkəti (“Rahat Market" brendi) arasında, beşinci sənəd isə Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında (bərpa olunan enerji sahəsində əməkdaşlığa dair) imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
1 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























