Vyetnam-Azərbaycan Biznes Şurasının ilk iclası və biznes forum keçirilib
Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “Rox Group” Səhmdar Cəmiyyəti, AZPROMO və VINEN, Azərbaycanın “GP Cotton Holdings” şirkəti ilə Vyetnamın “Phong Phu Corporation” şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumları, eləcə də Azərbaycanın “Fresh-Meat” və Vyetnamım “Thong Vu JSC. CO”, “ANC Group LLC” ilə "Seven Centre" şirkətləri arasında əməkdaşlıq barədə niyyət protokolları imzalanıb.Vyetnam Sosialist Respublikasının Hanoy şəhərində Vyetnam-Azərbaycan Biznes Şurasının 1-ci iclası və biznes forum keçirilib. Azərbaycanın Vyetnamdakı Səfirliyinin dəstəyi, Vyetnamın Milli Sahibkarlıq Assosiasiyasının (VINEN), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun birgə təşkilatçılığı ilə keçirilmiş tədbir İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası ərəfəsində baş tutub.
Tədbirdə hər iki ölkədən rəsmi şəxslər, eləcə də qida, kənd təsərrüfatı, sənaye, tekstil, nəqliyyat-logistika, pambıqçılıq sektorlarında fəaliyyət göstərən iş adamları və biznes assosiasiyaların nümayəndələri iştirak edib.
Tədbir Vyetnam və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycan-Vyetnam əlaqələrinə dair film nümayiş olunub.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoanq Lonq tədbirdəki çıxışlarında iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, hökumətlərarası komissiya çərçivəsində görülən işlər və əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb, müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluqlarını ifadə ediblər.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev iki ölkə arasında ticarət, investisiya və işgüzar əlaqələr, eləcə də Azərbaycanın əlverişli investisiya mühiti, potensial əməkdaşlıq imkanları barədə məlumat verərək, tərəfdaşlığı konkret nəticələrə çevirmək üçün qarşılıqlı dəstəyin önəmini qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2025-ci ildə yaradılmış Azərbaycan-Vyetnam Biznes Şurasının fəaliyyətinin hər iki ölkənin sahibkarlarının təşəbbüslərinin dəstəklənməsinə, iş adamları arasında əlaqələrin qurulmasına, bu məqsədlə qarşılıqlı səfərlərin və birgə tədbirlərin təşkilinə fokuslanacağını vurğulayıb, iş adamlarını biznes şura ilə sıx əməkdaşlığa dəvət edib.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin təşəbbüsü və dəstəyi ilə Azərbaycan-Vyetnam işgüzar əlaqələrinin gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, xüsusilə yüngül sənaye və tekstil sektoru üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə sahibkarlar arasında əlaqələndirmə prosesində AZPROMO-nun aktiv rolunu diqqətə çatdırıb.
VINEN-in prezidenti Dinh Viet Hoa bildirib ki, sahibkarlıq sahəsində Azərbaycanla əməkdaşlıq üçün böyük potensial var və Vyetnam-Azərbaycan Biznes Şurası mövcud imkanlardan istifadə etməklə iş adamları arasında birbaşa və səmərəli əlaqələrin qurulmasına dəstək olacaq. Qeyd edilib ki, Biznes Şura çərçivəsində həyata keçiriləcək tədbirlər ölkələrimiz arasında qarşılıqlı sərmayə qoyuluşuna, ticarət əlaqələrinin genişləndirilməsinə və birgə layihələrin reallaşdırılmasına öz töhfəsini verəcəkdir.
Tədbir çərçivəsində Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “Rox Group” Səhmdar Cəmiyyəti, AZPROMO və VINEN, Azərbaycanın “GP Cotton Holdings” şirkəti ilə Vyetnamın “Phong Phu Corporation” şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumları, eləcə də Azərbaycanın “Fresh-Meat” və Vyetnamım “Thong Vu JSC. CO”, “ANC Group LLC” ilə "Seven Centre" şirkətləri arasında əməkdaşlıq barədə niyyət protokolları imzalanıb.
Tədbir müxtəlif mövzularda panel müzakirələr və B2B görüşlərlə davam edib. Bu hissədə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu, Vyetnamın Sənaye və Texnologiyalar Nazirliyi, VINEN, İdxal və İxrac Departamenti tərəfindən müvafiq qurumların fəaliyyətinə və əməkdaşlıq imkanlarına dair çıxış və təqdimatlar edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 20 saat sonra
-
-
47 d. əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
2 saat əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
-
3 saat əvvəl
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
-
3 saat əvvəl
Metroda tarixi "ayrılıq" – Yaşıl və qırmızı xətlər 11 ay sonra müstəqil olacaqlar
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Avqustun 14-də gözlənilən hava şəraiti
Expressbank eyni gündə 2 filial açıb
Ən çox oxunanlar
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır
Hər 4 məcburi audit subyektindən biri auditdən yayınır
Azərbaycan Çin şirkətilə alüminium və metallurgiya sənayesində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirib
Azərbaycan nefti cüzi ucuzlaşıb

























