Avatr-dan yeni zavod - hər 60 saniyədə 1 avtomobil istehsal edir
Çinin avtomobil istehsalçısı Avatr Technology şirkəti Changan Automobile, Huawei, China Unicom və digər sənaye tərəfdaşları ilə əməkdaşlıq edərək yeni avtomobil zavodunun açılışını rəsmi olaraq həyata keçirib.
Marja xəbər verir ki, Avatr, zavodda istehsal xəttinin yüksək avtomatlaşdırma səviyyəsi ilə işlədiyini iddia edir və hər 60 saniyədə bir avtomobil istehsal etmək qabiliyyətinə malikdir.
Zavodun istehsal xətti müxtəlif avtomobil növlərinin istehsalını dəstəkləyir. Zavodda 369 monitorinq nöqtəsi, 26 keyfiyyət yoxlama nöqtəsi və 73 iş yerində süni intellekt dəstəyi ilə vizual yoxlama sistemləri mövcuddur. Hər bir montaj mərhələsində səhvi real vaxt rejimində aşkar edən və düzgün quraşdırılmanın təmin edilməsi üçün avtomatik bildirişlər verən ağıllı açarlar yerləşdirilib.
Zavodun açılışı ilə yanaşı, Avatr, Huawei ilə birgə hazırlanmış SUV-ni yaxın zamanda təqdim edəcəyini açıqlayıb. Bu avtomobil, şirkətin 2030-cu ilə qədər 17 yeni model buraxma planının bir hissəsidir.
Avatr, qlobal bazarda illik 800 min avtomobil satış hədəfi qoyub.
Şirkət, 2024-cü ildə 73 min avtomobil satdığını və bu rəqəmin 2023-cü ilin ikiqatına bərabər olduğunu açıqlayıb. 2025-ci ilin birinci yarısında da Avatr artım göstərərək, ardıcıl dörd ay boyunca hər ay 10 mindən çox avtomobil satışı həyata keçirib.
Avatr, 2024-cü ildə beynəlxalq bazarlarda öz istehsalını genişləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























