"Air Arabia" Əbu-Dabidən Bakıya reyslərin sayını artırıb
Birləşmiş Ərəb Əmirliklərinin aşağıbüdcəli aviadaşıyıcısı "Air Arabia" Azərbaycan və Gürcüstana səyahət edənlər üçün daha geniş imkanlar yaradaraq Əbu-Dabidən Bakı və Tbilisiyə birbaşa uçuşların sayını artırıb. Şirkət, artan sərnişin tələbatını və regiondakı turizm potensialını nəzərə alaraq bu qərarı qəbul edib.
Marja.az xəbər verir ki, hazırda aviaşirkət Əbu-Dabidəki Zayed Beynəlxalq Hava Limanı ilə Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanı arasında həftədə altı birbaşa reys həyata keçirir. Yeni uçuş cədvəli çərçivəsində reyslər çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar günləri baş tutur. Bu isə sərnişinlərə daha çox seçim və çeviklik təqdim edir.
Avqustun 7-dən etibarən isə Tbilisiyə uçuşlar həftədə səkkizə çatdırılacaq. Cümə axşamları gündə iki reys yerinə yetiriləcək ki, bu da Əbu-Dabi ilə Gürcüstan paytaxtı arasında əlaqəni daha da intensivləşdirəcək.
“Bakı və Tbilisiyə uçuşların tezliyinin artırılması regional şəbəkəmizi gücləndirmək istiqamətində davamlı səylərimizin bir hissəsidir,” – deyə "Air Arabia Group"un baş icraçı direktoru Adel Əl Ali bildirib.
“Bu iki canlı və rəngarəng şəhər BƏƏ sakinləri və turistlər arasında böyük populyarlığa malikdir. Təkmilləşdirilmiş uçuş cədvəlləri təkcə səyahət və turizm əlaqələrini möhkəmləndirməyəcək, həm də səyahət təcrübəsini daha əlçatan və rahat edəcək.”
“Air Arabia" öz marşrut şəbəkəsini genişləndirməkdə davam edir. Şirkət bu yaxınlarda Qazaxıstanın Almatı və Ermənistanın İrəvan şəhərlərinə yeni reyslər açaraq, regionun populyar mədəni və istirahət istiqamətlərinə olan mövcudluğunu gücləndirib.
Hazırda aviadaşıyıcının istifadəsində 12 müasir Airbus A320 təyyarəsi var. İlin sonunadək daha iki təyyarənin əlavə olunması planlaşdırılır. Bu, həm böyümə strategiyasına uyğun olaraq şəbəkənin genişlənməsinə, həm də artmaqda olan sərnişin tələbatının qarşılanmasına xidmət edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
2 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
3 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
5 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























