"Saziş imzalanacaq, Zəngəzur dəhlizinə "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" adı veriləcək" - Reuters
ABŞ Prezidenti Donald Tramp cümə günü Ağ Evdə Ermənistan və Azərbaycan liderlərini qəbul edəcək. Görüş, Cənubi Qafqazda strateji nəqliyyat dəhlizinin (Zəngəzur dəhlizi) inkişafı üçün ABŞ-a istisna hüquqlar verilməsini nəzərdə tutan çərçivə sülh sazişinin imzalanması ilə başa çatacaq.
Marja xəbər verir ki, bunu "Reuters" agentliyi yazıb.
Qeyd edilib ki, cümə günü liderlərin imzalayacağı sənədlərə əsasən, Ermənistan ABŞ-a nəqliyyat dəhlizinin uzunmüddətli inkişafı üçün istisna xüsusi hüquqlar verməyi planlaşdırır.
"Bu dəhlizə "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" (TRIPP) adı veriləcək", - rəsmi şəxslər Reuters-ə bildiriblər.
Marşrut Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək, ABŞ isə torpağı infrastrukturun tikintisi və idarə olunması ilə məşğul olacaq konsorsiuma subarendaya verəcək.
Qeyd edək ki Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-da işgüzar səfərdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
-
2 saat əvvəl
Prezident Administrasiyasından Naftalana – Yeni icra başçısının karyera yolu
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Harvardda proqram keçib, 4 dil bilir - Qaradağın yeni rəhbəri Natiq Əliyevin təhsili və karyerası
-
3 saat əvvəl
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
-
3 saat əvvəl
Binəqədidə müavin vəzifəsində çalışırdı, Gədəbəyin İcra başçısı təyin olundu
-
5 saat əvvəl
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
-
5 saat əvvəl
Xaricdə limitsiz Lounge, 6 dəfə transfer – Yeni premium kart təqdim olundu ®
-
6 saat əvvəl
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
-
6 saat əvvəl
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
SOCAR İtaliya şirkəti ilə yeni neft-kimya layihələrini müzakirə edir
260 milyon dollarlıq layihə nəzərdə tutulur
Naxçıvanın Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
Qaradağ, Naftalan və Gədəbəyə yeni icra başçısı təyin edilib
Ən çox oxunanlar
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Kapital “INMerge” İnnovasiya Sammitinin sponsorudur ®
AZAL Bakı-Naxçıvan-Bakı üzrə bir sıra reysləri təxirə saldı
Artıq 130-dan çox şirkət əməkdaşlarını bu məhsul ilə qoruyur ®























