Tramp-Putin görüşündən sonra neft ucuzlaşıb
Neft qiymətləri bazar ertəsi ABŞ-ın Rusiyaya əlavə təzyiqlər göstərməməsi səbəbindən düşüb.
Marja.az-ın məlumatına görə, qiymət enişinə səbəb, Cümə günü iki ölkə liderinin görüşündən sonra Vaşinqtonun Moskvanın neft ixracını məhdudlaşdıracaq yeni addımlar atmaqdan yayınması olub. Bu da Rusiyanı Ukrayna müharibəsini dayandırmağa məcbur etmək cəhdlərinin zəiflədiyini göstərib.
Brent markalı neftin oktyabr fyuçersləri 1,5 faiz ucuzlaşaraq 65,49 dollara, WTI markalı ABŞ xam neftinin fyuçersləri isə 1,3 faiz ucuzlaşaraq 62,62 dollara düşüb (Bakı vaxtı ilə saat 08:30-a olan məlumat).
ABŞ Prezidenti Donald Tramp ötən Cümə Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşərək, atəşkəsdən əvvəl sülh sazişi istiqamətində Moskva ilə daha uzlaşmaya meylli mövqe nümayiş etdirib.
Tramp bazar ertəsi Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə sürətli barış razılaşmasına nail olmağı planlaşdırır.
Dövlət başçısı Cümə günü bildirib ki, Rusiya neftini idxal edən Çin kimi ölkələrə qarşı dərhal əlavə tariflər və sanksiyalar tətbiq etmək fikrində deyil. Lakin o, “iki-üç həftə ərzində” bu addımın qaçılmaz ola biləcəyini istisna etməyib. Bu açıqlamalar, Rusiyanın neft ixracında mümkün kəsinti ilə bağlı bazarlarda yaranmış narahatlıqları yumşaldıb.
Dünyanın ən böyük neft idxalçısı olan Çin, həm də Rusiya neftinin əsas alıcısıdır. Onun ardınca Hindistan gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























