Neft qiymətləri düşür
Gözlənilən təklif artımı ilə əlaqədar olaraq ilin sonuna qədər Brent markalı neftin qiymətinin hazırkı 68 dollardan 63 dollara qədər enəcəyi proqnozlaşdırılır.ABŞ-ın Hindistanı Rusiyadan xam neft idxalından çəkindirməyə çalışmasına baxmayaraq, Brent nefti ucuzlaşıb.
Marja.az xəbər verir ki, hazırda Brent-in qiyməti bir barel üçün 68 dollardan aşağı düşüb, ABŞ xam nefti isə 64 dollara yaxınlaşıb.
ABŞ Prezidenti Donald Trampın ticarət müşaviri Piter Navarro Hindistana tətbiq olunan gömrük rüsumlarının 50%-ə qaldırıldığını açıqlayaraq, Dehliyə Rusiyadan neft alımını dayandırması üçün təzyiqləri artırıb. O, hindliləri “kobud” adlandıraraq, Ukraynadakı münaqişəni də “Modinin savaşı” kimi səciyyələndirib.
Vaşinqton, Rusiyadan neft idxalında Çini arxa planda saxlayaraq diqqəti Hindistana yönəldib. Hazırda Hindistanın iri emal zavodları neft tədarükünün əsas hissəsini Rusiyadan almağı planlaşdırır.
Son günlərdə neft qiymətləri dalğalanma yaşayıb və fyuçers bazarında aprel ayından bəri ən böyük aylıq itki qeydə alınıb. Bazar iştirakçıları OPEC+ ölkələrinin hasilat məhdudiyyətlərini yumşaltması və təşkilata daxil olmayan ölkələrin də istehsalı artırması səbəbilə yaxın dövrdə qlobal bazarda təklif artığının yaranacağından narahatdırlar.
Brent neftində yeni eniş gözləntisi
ING Group-un əmtəə strategiyası üzrə rəhbəri Uorren Patterson bildirib: “Gözlənilən təklif artığının miqyası bazarın eniş yönümlü olduğunu göstərir. Bununla yanaşı, ən böyük yuxarı risk Rusiyaya qarşı daha sərt sanksiyaların və əlavə ikincili rüsumların tətbiqi ola bilər.”
Citigroup-un analitikləri də ilin sonuna dair proqnozlarında Brent neftinin bu rübdə orta hesabla 66 dollar, ilin sonunda isə 63 dollaradək düşəcəyini qeyd ediblər. Bankın hesablamasına görə, təklif artığının təsiri daha aydın şəkildə hiss olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























