Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövriyyədə olan nağd pul və bank ehtiyatları azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda pul bazası 2025-ci ilin avqust ayında iyul ayının sonu ilə müqayisədə 121,2 milyon manat azalıb. 

Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 29.08.2025-ci il tarixində pul bazası 21 milyard 121.8 milyon manat təşkil edib.

Pul bazası 29.12.2024-cü il tarixində 20 milyard 916.5 milyon manat təşkil etmişdi. 2025-ci ilin 8 ayı ərzində pul bazası 205,3 milyon manat artıb.

Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

Pul bazası (milyon manatla)

29.08.2025     21121.8

31.07.2025     21243.0

30.06.2025     21471.3

30.05.2025     20629.7

30.04.2025     20719.3

31.03.2025     21498.1

28.02.2025     19842.0

31.01.2025     20124.1

29.12.2024     20916.5

Pul bazası Azərbaycanda Marja.az Mərkəzi Bank pul kütləsi dövriyyədə olan nağd pul bank ehtiyatları kommersiya bankları Mərkəzi Bank müxbir hesabları ödəniş vasitələri
02.09.2025 11:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ

Ən çox oxunanlar