Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
“Apple” şirkəti yeni iPhone 17 Pro və iPhone 17 Pro Max modellərini təqdim etməklə yanaşı, onların qiymət siyasətində də dəyişiklik edib. Şirkət ABŞ bazarında Pro modellərinin başlanğıc qiymətini 2017-ci ildən bəri ilk dəfə artırıb.
Marja xəbər verir ki, iPhone 17 Pro-nun başlanğıc qiyməti əvvəlki nəsillə müqayisədə daha yüksək müəyyən olunub. Şirkət bu addımı yeni dizayn, gücləndirilmiş kamera sistemləri və daha uzunmüddətli batareya ömrü ilə əsaslandırır.
Şirkətin yeni iPhone 17 Pro modeli artıq 1099 dollardan başlayır. Bu, ötən ilki iPhone 16 Pro-dan 100 dollar bahadır.
Bundan əlavə, Apple ötən ilki iPhone 16 Plus (899 dollar) modelini satışdan çıxarıb, onun yerinə daha nazik və yüngül olan iPhone 17 Air modelini təqdim edib. Bu cihazın başlanğıc qiyməti 999 dollardır, yəni əvvəlkindən 100 dollar çoxdur.
Apple və baş direktoru Tim Kuk indiyədək ABŞ-ın Çin mallarına tətbiq etdiyi tariflərdən yayınmağı müəyyən qədər bacarıb. Şirkət tədarük zəncirinin mühüm hissəsini Çindən Hindistana yönəldib və ABŞ bazarına daha çox iPhone-u oradan gətirir.
Buna baxmayaraq, analitiklər və investorlar Apple-ın qiymətləri artıracağını gözləyirdilər, çünki şirkət bu rübdə yalnız tariflər üçün 1 milyard dollardan çox xərc çəkəcəyini açıqlayıb.
Ekspertlərin rəyinə görə, qiymət artımı Apple üçün əlavə gəlir mənbəyi yaratsa da, qlobal smartfon bazarında sərt rəqabət fonunda satışlara necə təsir göstərəcəyi yaxın aylarda aydın olacaq.
Apple-ın rəsmi açıqlamasında bildirilir ki, iPhone 17 modelləri 12 sentyabrdan öncədən sifarişə açılacaq, 19 sentyabrdan isə mağazalarda satışa çıxarılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
4 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
7 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























