OpenAI və Oracle arasında 300 milyard dollarlıq tarixi müqavilə
Süni intellekt sahəsində sürətlə artan məlumat mərkəzi tələbinin fonunda OpenAI ilə Oracle arasında 300 milyard dollarlıq bulud xidmətləri üzrə müqavilə imzalanıb.
Marja xəbər verir ki, mütəxəssislərin fikrincə, bu razılaşma Oracle üçün böyük nailiyyətdir və şirkəti Amazon Web Services, Microsoft Azure və Google Cloud kimi rəqiblərinə qarşı bulud bazarında güclü mövqeyə gətirir.
Beş il müddətinə nəzərdə tutulan müqavilə Oracle-ın bulud infrastrukturunun OpenAI-nin genişlənən fəaliyyətini dəstəkləməsini təmin edəcək. Bu əməkdaşlıq süni intellekt infrastrukturuna artan tələbatı bir daha nümayiş etdirir və Oracle-ı OpenAI üçün əsas bulud tərəfdaşına çevirir.
Wall Street Journal-ın məlumatına görə, müqavilə 4,5 giqavatt hesablama gücü təmin edəcək və tarixdə imzalanmış ən iri bulud hesablamaları sazişlərindən biri olacaq.
Süni intellekt şirkətlərinin böyük dil modellərini öyrətmək və idarə etmək üçün daha çox hesablama gücünə ehtiyac duyduğu bir vaxtda əldə olunan bu tərəfdaşlıq Oracle üçün strateji üstünlük sayılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























