JPMorgan: Apple iPhone 17 seriyasına maraq əvvəlki modelləri üstələyir
Apple-ın yeni təqdim etdiyi Apple iPhone 17 modellərinə tələbat ilk həftədə ötən ilki Apple iPhone 16 seriyasını geridə qoyub.
Marja xəbər verir ki, JPMorgan analitikləri əsas bazarlarda çatdırılma müddətlərinin uzanmasını buna sübut kimi göstərir.
ABŞ, Çin, Almaniya və Böyük Britaniyada aparılan müşahidələr göstərir ki, ilkin sifariş həftəsində iPhone 17 modelləri üçün çatdırılma müddətləri ötən ilki modellərlə müqayisədə daha uzundur. Bu isə yüksək tələbatın göstəricisi hesab olunur.
Xüsusilə əsas iPhone 17 və ultra-nazik dizayna malik iPhone 17 Air modellərinə maraqın yüksək olduğu bildirilir. JPMorgan qeyd edir ki, alıcı meyilləri daha çox baza modellərinə yönəlsə də, bu, Pro versiyalarına tələbin zəifləməsi anlamına gəlmir.
ABŞ bazarında iPhone 17 və 17 Air modelləri üçün çatdırılma müddəti müvafiq olaraq 4 və 7 gün, Pro və Pro Max modelləri üçün isə 4 və 21 gün təşkil edir. Müqayisə üçün, ötən il iPhone 16 və 16 Plus modelləri üçün gecikmə olmayıb, Pro və Pro Max üçün isə 6 və 20 gün qeydə alınıb.
Apple ötən həftə iPhone 17 seriyasını ictimaiyyətə təqdim edib. Ultra-nazik Air modelinin əsas rəqiblərdən, xüsusilə Samsung cihazlarından bazar payı almağa yönəldiyi bildirilir. Lakin bu modelin Çində e-SIM texnologiyası ilə bağlı tənzimləyici maneələr səbəbindən gecikə biləcəyi qeyd olunur.
Şirkətin təqdimatından sonra səhmləri dəyər itirsə də, artan tələb siqnalları Apple-ın səhmlərinin dəyərinin artmasına səbəb ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























