Naxçıvanda verilmiş icazələrin sayı 2,2 dəfə artıb
69Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə bağlı 30 lisenziya verilib
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi qarşısında müəyyən edilmiş hədəflərin icrası məqsədilə 2025-ci ilin 8 ayı ərzində özəl sektorun inkişafı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib.
Marja Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu ilin əvvəlindən nazirlik tərəfindən "ASAN xidmət" vasitəsilə sahibkarlara 30 lisenziya verilib. Həmin lisenziyaların hesabına dövlət büdcəsinə 29 min 705 manat vəsait ödənilib. Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 5846 icazə reyestrdə qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. İcazələrdən daxilolmaların məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 min 463 manat və ya 57,4 faiz artaraq 135 min 573 manat olub.
Naxçıvanda mənşə sertifikatlarının sayı artıb
Cari ilin yanvar-avqust aylarında sahibkarlara 317 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 54 ədəd və ya 20,5 faiz çox olub.
Mənşə sertifikatlarının 64 faizi tikinti, 15,8 faizi mineral sular, 1,6 faizi meyvə-tərəvəz və tütün məmulatları, 18,6 faizi digər məhsulların ixracı üçün təqdim olunub.
2025-ci ilin 8 ayı ərzində, “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” PHŞ tərəfindən 6488 ədəd ölçmə vasitəsi yoxlanılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 77,7 faiz çoxdur.
Naxçıvan şirkətlərinin beynəlxalq tədbirlərdə iştirakı təmin olunub
Naxçıvanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin işgüzar əlaqələrinin genişləndirilməsi və tərəfdaşlığın inkişafı istiqamətində tədbirlər davam etdirilir.
2025-ci ilin 8 ayı ərzində 7-si biznes-forum, 3-ü sərgi olmaqla keçirilmiş 10 beynəlxalq tədbirdə muxtar respublikada fəaliyyət göstərən 23 sahibkarlıq subyektinin 45 nümayəndəsi iştirak edib.
Sərgilərdə muxtar respublikada istehsal olunan müxtəlif çeşidlərdə vafli və lokum məhsulları, qazlı və qazsız mineral sular, enerji içkiləri, müxtəlif çeşiddə siqaretlər, aromatlaşdırılmış içkilər, spirtli içkilər, eləcə də Naxçıvan qovurması, göycə, bal, uşaq bezləri kimi məhsullar nümayiş olunub.
Sərgilərdə Naxçıvan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparıblar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 2 d. əvvəl
-
54 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























