Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Nvidia Intel-ə 5 milyard dollar dəyərində investisiya yatıracaq və iki şirkət birlikdə PC-lər və məlumat mərkəzləri üçün çiplər hazırlayacaqlar.ABŞ-ın texnologiya nəhəngləri — Nvidia və Intel — arasında yeni strateji əməkdaşlıq sazişi imzalanıb.
Marja xəbər verir ki, razılaşmaya əsasən, Nvidia Intel şirkətinə 5 milyard dollar dəyərində investisiya yatıracaq və tərəflər PC və məlumat mərkəzləri üçün birgə çip istehsalı sahəsində əməkdaşlıq edəcəklər.
Şirkətlərin birgə açıqlamasına görə, Nvidia Intel-in səhmlərini hər birini 23,28 dollardan alacaq. Bu qiymət, Çərşənbə günkü bağlanış qiymətinə nisbətən təxminən 6,5% endirimlə hesablanıb.
Razılaşmaya əsasən, Intel gələcək nəsil PC çiplərində Nvidia-nın qrafik texnologiyasından istifadə edəcək.
Şirkətlər hələlik ilk birgə istehsal olunacaq hissələrin satışa çıxarılacağı dəqiq vaxt cədvəlini açıqlamayıb. Bununla yanaşı, tərəflər bu addımın mövcud və ayrı-ayrı gələcək planlara təsir etməyəcəyini bildiriblər.
Intel üçün bu yeni maliyyə dəstəyi, ABŞ hökumətinin avqust ayında şirkətin təxminən 10%-lik səhmlərini alacağını açıqlamasından və Prezident Donald Trampın satış üzrə xüsusi nümayəndə rolunu üzərinə götürməsindən sonraya təsadüf edir. Bundan əlavə, Yaponiya şirkəti "SoftBank Group" avqust ayında Intel-ə 2 milyard dollarlıq gözlənilməz investisiya yatırıb, Intel isə əlavə likvidlik əldə etmək üçün bəzi aktivlərini satışa çıxarıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















