Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı
Tramp, NATO ölkələrinin hava məkanını pozan Rusiya təyyarələrinin vurulmalı olduğunu söylədiNeft qiymətləri, ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı açıqlamalarını sərtləşdirməsi və investorların OPEC+ ölkələrindən mümkün təchizat ixtisarlarını izləməsi fonunda son bir həftənin ən böyük artımını davam etdirib.
Marja xəbər verir ki, Brent markalı neft çərşənbə axşamı 1,6% bahalaşaraq bir bareli 68 dollara doğru yüksəlib. ABŞ xam nefti isə 64 dollar ətrafında ticarət olunub.
Tramp NATO ölkələrinin hava məkanını pozan Rusiya təyyarələrini vurmalı olduğunu bildirib və Ukraynanın müharibəni qazanmaq şansına dair daha nikbin açıqlamalar verib. O, həmçinin Avropanın Moskvadan enerji alışını azaltmalı olduğunu bir daha vurğulayıb.
Tramp, çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışında deyib: “Çin və Hindistan Rusiya neftini almağa davam etməklə müharibənin əsas maliyyəçilərinə çevrilib. Təəssüf ki, hətta NATO ölkələri belə Rusiyadan enerji və enerji məhsullarının alışını böyük ölçüdə kəsməyib”.
Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyanın enerji infrastrukturuna, o cümlədən boru kəmərlərinə etdiyi hücumların ardından, Rusiya bəzi şirkətlər üçün dizel ixracına məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















