Bosch 13 min işçisini ixtisar edəcək
“Robert Bosch” şirkəti avtomobil bazarındakı durğunluq və artan rəqabət səbəbindən avtomobil ehtiyat hissələri üzrə fəaliyyət sahəsində daha 13 min nəfəri işdən azad edəcək.
Marja.az-ın məlumatına görə, Şirkət cümə axşamı yaydığı açıqlamada bildirib ki, qlobal işçi qüvvəsinin təxminən 3 faizini təşkil edən ixtisarlar əsasən Almaniyadakı zavodlarda həyata keçiriləcək və bu proses 2030-cu ilədək davam edəcək.
Son illərdə minlərlə işçini ixtisar etməsinə baxmayaraq, Bosch-un mobillik bölməsi ildə təxminən 2,5 milyard avro zərərlə üzləşməkdə davam edir.
Almaniya sənayesinə təzyiq artır
Bosch-un bu addımı - avtomobil istehsalçıları və tədarükçülərinin gömrük rüsumları, zəif tələbat və Çin şirkətlərinin artan rəqabəti ilə mübarizə apardığı bir vaxtda Almaniyanın sənaye infrastrukturuna artan təzyiqi göstərir. Bundan əlavə, Avropanın ən böyük iqtisadiyyatında demoqrafik təzyiqlər əmək xərclərini artırır.
Rəqiblər də xərcləri azaldır
Avtomobil istehsalçıları qiymətləri aşağı salmağa çalışarkən, bir çox təchizatçı öz artan istehsal xərcləri ilə üzləşir. Volkswagen və Porsche Çində zəif satışları və ABŞ tariflərinin təsirini kompensasiya etmək üçün həm işçi sayını, həm də istehsal gücünü azaldır.
Çin şirkətləri isə daha ucuz batareya, mühərrik və elektron komponentlərlə bazar paylarını artıraraq ənənəvi istehsalçıların mənfəət marjlarını sıxışdırır. Bosch-un rəqibləri olan Continental AG və ZF Friedrichshafen AG də xərcləri azaltmağa məcbur olur.
Bosch-un mobillik bölməsinə cavabdeh olan idarə heyəti üzvü Markus Heyn bildirib:
“Geosiyasi gərginliklər və gömrük rüsumları kimi ticarət maneələri bütün şirkətlər üçün ciddi qeyri-müəyyənlik yaradır. Rəqabətin daha da kəskinləşəcəyini gözləyirik. Ona görə də məqsədimiz hər yerdə inkişaf imkanlarını dəyərləndirmək və dünya üzrə mobillik mərkəzlərimizi gələcəyə hazırlamaqdır.”
İxtisarların zavodlar üzrə bölgüsü
2023-cü ilin sonuna qədər Bosch-un 417 min 900 əməkdaşı var idi.
Stuttgart bölgəsindəki ən qədim istehsal müəssisəsində 2030-cu ilədək 3 min 500 nəfər işini itirəcək.
Schwieberdingen zavodunda 1750 nəfərin işdən azad olunması nəzərdə tutulur.
Waiblingen-dəki 560 nəfərlik zavod isə 2028-ci ilə qədər bağlanacaq.
Bühl şəhərindəki müəssisədə 1 550, Hamburqdakı zavodda isə 1 min 250 nəfərin ixtisar edilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























