Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək
Starbucks 1 milyard dollarlıq restrukturizasiya planı çərçivəsində 900 işçini ixtisar edəcək və zərərli mağazaları bağlayacaq. Starbucks, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) 23 sentyabr 2025-ci ildə təqdim etdiyi sənəddə bildirib ki, şirkət ABŞ və Kanadada mağazalarının bir qismini bağlayacaq və pərakəndə satışla bağlı olmayan 900 əməkdaşını ixtisar edəcək.Dünyaca məşhur qəhvəxana şəbəkəsi Starbucks, 1 milyard dollarlıq restrukturizasiya proqramı çərçivəsində mağazalarının bir qismini bağlayacağını və 900 nəfəri işdən azad edəcəyini açıqlayıb.
Marja.az-ın məlumatına görə, Şirkət bildirib ki, 2025-ci maliyyə ilində Şimali Amerikada mağaza sayı ümumilikdə 1% azaldılacaq və şirkət ABŞ ilə Kanadada 18 min 300 mağaza fəaliyyət göstərəcək. Növbəti mərhələdə isə yeni filiallar açmaq və minə yaxın mövcud mağazanı yeniləmək planlaşdırılır.
“Maliyyə ilini ABŞ və Kanadada şirkətə məxsus və lisenziyalı olmaqla ümumilikdə 18 300 mağaza ilə başa vuracağıq”, - Starbucks-ın baş icraçı direktoru Brian Niccol deyib.
Qazanc gətirməyən mağazalar bağlanacaq
Şirkət, apardığı təhlildən sonra mənfəət gətirməyən mağazaları bağlamaq qərarına gəlib. Starbucks-ın baş icraçı direktoru Brian Niccol, restoranları daha cəlbedici məkana çevirmək niyyətindədir.
Niccol, bir ildən çoxdur davam edən satış azalmasından sonra şirkətdə dəyişikliyə nail olmaq istəyir. O, şəbəkələri canlandırmaq üçün filiallarda əlavə oturacaq yerləri və elektrik yuvaları quraşdırmağı planlaşdırır.
Menyunun sadələşdirilməsi
Starbucks, maliyyə ilinin üçüncü rübünə dair satış və mənfəət göstəricilərinin gözləntilərindən aşağı qaldığını bildirib. Şirkət həm ABŞ, həm də Çin bazarında daha sürətli və ucuz içkilər təklif edən kiçik şəbəkələrlə artan rəqabətlə üz-üzədir.
Bu səbəbdən şirkət menyunu sadələşdirərək içki hazırlanmasının mürəkkəbliyini və gözləmə vaxtlarını azaltmaq, həm də dəyişən istehlakçı zövqlərinə uyğun yeni məhsullara yer açmaq istəyir.
Müştərilərin sağlam həyat tərzinə yönəlməsi fonunda Starbucks “şəkərsiz” seçimlərin sayını artırıb və zülal tərkibli içkiləri bazara çıxarıb.
İkinci böyük ixtisar dalğası
Bu, şirkətin il ərzində həyata keçirdiyi ikinci ixtisar dalğasıdır. 2025-ci ilin fevralında Starbucks 1100 işçisini və yüzlərlə vakant mövqeni ixtisar etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















