Lufthansa 4 min nəfəri işdən azad edəcək
Almaniyanın ən böyük aviaşirkətlərindən biri olan Lufthansa Qrupu, 2030-cu ilə qədər inzibati vəzifələrdə çalışan 4 min nəfərin ixtisar ediləcəyini açıqlayıb.
Marja xəbər verir ki, şirkət bu qərarını Münhendə keçirilən Sərmayə Bazarı Günü tədbirində yeni strateji planı və orta müddətli maliyyə hədəfləri ilə birlikdə təqdim edib.
Məlumata görə, Lufthansa rəqəmsallaşma, avtomatlaşdırma və daha səmərəli idarəetmə prosesləri nəticəsində işçi sayını azaltmağı nəzərdə tutur. Bununla yanaşı, 2028-ci ildən etibarən Faiz, Amortizasiya və Vergidən Əvvəlki Mənfəət marjasını 8–10% aralığında saxlamağı hədəfləyir. Şirkətin əvvəlki hədəfi 8% idi.
Lufthansa, 2030-cu ilə qədər 230-dan çox yeni təyyarə alacağını açıqlayıb. Onlardan 100-ü uzunməsafəli uçuşlar üçün nəzərdə tutulub. Yeni nəsil təyyarələr daha az yanacaq sərf etdiyindən, şirkət üçün xərclərin azalmasına səbəb olacaq.
Şirkət, həmçinin sərnişin loyallıq proqramı Miles & More-un aktiv üzvlərinin sayını 2030-cu ilə qədər 50% artırmağı qarşısına məqsəd qoyub.
Lufthansa rəhbərliyi bildirib ki, 2025-ci ildən sonra qrup üçün genişmiqyaslı sərmayələr və struktur dəyişiklikləri həyata keçiriləcək. Təyyarə parkının yenilənməsi və Lufthansa Havayollarının transformasiya proqramı şirkətin uzunmüddətli mənfəətliliyini artırmaq məqsədi daşıyır.
Bununla yanaşı, Lufthansa Swiss, Austrian Airlines, Brussels Airlines və yaxınlarda satın aldığı ITA Airways ilə əməkdaşlığı daha sıx şəkildə inteqrasiya edərək sinerji yaratmağı planlaşdırır. Qrup, loqistika və texniki xidmət bölməsini də gücləndirməklə müdafiə sənayesində fəaliyyətini genişləndirmək istəyir.
İxtisarların miqyası və gözlənilən gərginlik
Hazırda Lufthansa Qrupunda təxminən 103 min nəfər çalışır. Məlumata görə, planlaşdırılan ixtisarlar təxminən 15 min inzibati işçinin 20%-nə təsir edəcək.
Bunun fonunda şirkətlə həmkarlar ittifaqları arasında danışıqlar gərginləşib. Aparılan danışıqlar nəticəsiz qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















