ChatGPT-ni yaradan şirkətin dəyəri 500 milyard dollara çatıb
ChatGPT-nin yaradan şirkət OpenAI, əməkdaşlarının səhmlərinin satışını nəzərdə tutan razılaşmadan sonra texnologiya dünyasında ən yüksək dəyərə malik şirkətlərindən birinə çevrilib.
Marja xəbər verir ki, şirkətin mövcud və keçmiş əməkdaşları ümumilikdə 6,6 milyard dollarlıq səhmlərini Thrive Capital, SoftBank, Dragoneer Investment Group, Əbu-Dabinin MGX və T. Rowe Price kimi nəhəng investorların daxil olduğu konsorsiuma satıblar.
Məlumata görə, OpenAI təkrar bazarda 10 milyard dollardan artıq səhmin satışına yaşıl işıq yandırıb. Bu əməliyyat həm də SoftBank-ın daha əvvəl şirkətin 40 milyard dollarlıq əsas maliyyələşmə raunduna yatırdığı sərmayəni əhatə edir.
Şirkətin maliyyə göstəriciləri də diqqət çəkir. OpenAI yalnız 2025-ci ilin ilk yarısında təxminən 4,3 milyard dollar gəlir əldə edib.
Beləliklə, süni intellekt sahəsində lider mövqeyini gücləndirən OpenAI, 500 milyard dollarlıq dəyərləndirmə ilə texnologiya sektorunda tarixi bir mərhələni geridə qoyub
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb






















