OPEC+ gündəlik neft hasilatını 137 min barel artıracaq
Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və bu təşkilata daxil olmayan bir sıra neft istehsalçısı ölkələrdən ibarət OPEC+ qrupunun 8 üzv dövləti, noyabr ayında gündəlik neft hasilatını 137 min barel artırmaq qərarına gəlib.
Marja.az xəbər verir ki, OPEC-in yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman nümayəndələri qlobal bazar şəraiti və iqtisadi görünüşü müzakirə etmək üçün onlayn toplantı keçiriblər.
Toplantıda 2023-cü ilin aprelində elan edilmiş gündəlik 1,65 milyon barellik könüllü hasilat ixtisarları da gündəmə gətirilib.
Açıqlamada qeyd edilib ki, sabit qlobal iqtisadi mənzərə və aşağı neft ehtiyatları hazırkı sağlam bazar təməlini dəstəkləyir. Bu səbəbdən, sözügedən ölkələr noyabr ayı üçün hasilatı gündəlik 137 min barel artırmaq qərarı veriblər.
Bununla yanaşı, qərarın bazar şəraitindən asılı olaraq dayandırıla və ya geri çevrilə biləcəyi də vurğulanıb.
Bazar gözləntiləri təsdiq olundu
Səkkiz üzv ölkə sentyabrın 7-də keçirilən əvvəlki iclasda oktyabr ayı üçün də hasilatı gündəlik 137 min barel artırmaq qərarını açıqlamışdı. Bu qərardan sonra bazarlarda noyabrda da eyni həcmdə artımın olacağı gözlənilirdi və yeni qərar bu gözləntiləri təsdiqlədi.
Qrupun növbəti iclasının 2 noyabrda keçirilməsi planlaşdırılır.
Hasilat ixtisarları davam edir
OPEC+ qrupunun hasilat ixtisarları mart ayında gündəlik 5,85 milyon barel səviyyəsinə çatmışdı. Bu həcm qlobal neft tələbatının təxminən 5,7 faizinə bərabərdir və 2022-ci ilin sonundan bəri mərhələli şəkildə elan edilən ixtisarların ümumi həcmini əks etdirir.
İxtisarlar 2022-ci ilin oktyabrında açıqlanan gündəlik 2 milyon barellik azalma, 2023-cü ilin aprelində səkkiz ölkə tərəfindən elan edilən 1,65 milyon barellik könüllü ixtisar və 2023-cü ilin noyabrında qərara alınan əlavə 2,2 milyon barellik azalmadan ibarət idi.
Həmin ölkələr gündəlik 2,2 milyon barellik ixtisarın tamamını sentyabrın sonuna qədər ləğv etməyi planlaşdırmış, ötən ay isə gündəlik 1,65 milyon barellik könüllü ixtisarların mərhələli şəkildə aradan qaldırılmasına başlamışlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
5 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























