Qızılın qiyməti mənfəət satışları ilə rekord səviyyədən düşür
Qızılın qiyməti, Çərşənbə günü bir unsiya üçün 4 min dollar həddini aşaraq tarixi rekorda çatdıqdan sonra geriləməyə başlayıb.
Marja xəbər verir ki, sürətli artımdan sonra qiymətli metal korreksiya (müvəqqəti geriləmə, düzəliş) mərhələsinə keçib. Əvvəlki sessiyada 1,4% bahalaşan qızıl, Cümə axşamı 1%-ə qədər ucuzlaşıb. Texniki göstəricilər qızılın son bir ayda “həddindən artıq alış” zonasına daxil olduğunu göstərir; bu isə investorlar arasında mənfəət realizasiyasına səbəb olub.
Qızılın “təhlükəsiz liman” kimi cəlbediciliyi, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sülh sazişinin “çox yaxın” olduğunu deməsindən sonra müəyyən qədər zəifləyib.
Bu il qızıl, qlobal ticarət, ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) müstəqilliyi və ABŞ maliyyə sabitliyi ilə bağlı qeyri-müəyyənliklər səbəbilə 50%-dən çox dəyər qazanıb. Artan geosiyasi gərginliklər təhlükəsiz aktivlərə tələbi dəstəkləyərkən, mərkəzi banklar da qızıl alışlarını sürətlə davam etdirir.
Spot qızıl Çərşənbə günü 4059,31 dollara yüksəldikdən sonra, bu gün səhər 0,3% azalaraq 4031,21 dollaradək geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb

























