Yaxın Şərqdə gərginliyin azalması və hasilatın artması ilə neft qiymətləri düşür
Yaxın Şərqdə gərginliyin azala biləcəyi ilə bağlı ehtiyatlı nikbinlik və təklifin artacağı proqnozları fonunda neft qiymətləri düşür.
Marja xəbər verir ki, Brent markalı neft 1,6% də ucuzlaşaraq 65 dollardan aşağı düşüb. ABŞ-ın WTI markalı xam nefti isə 62 dollar həddindən aşağıda qalır.
İsrail, Həmasın əsirləri məhbuslarla dəyişdirilməsini nəzərdə tutan bir çərçivəni təsdiqləyib.
Bazar günü məlum olub ki, OPEC+ qrupu bazar payını yenidən artırmaq məqsədilə hasilat kvotalarını qaldırmaq qərarına gəlib. Lakin noyabr ayı üçün müəyyən olunan gündəlik 137 min barellik hasilat artımı iclasdan əvvəl səsləndirilən rəqəmlərdən az olub; bu isə həftənin əvvəlində qiymətlərdə qısa müddətli “rahatlama rallisi”nə səbəb edib.
Təklif bolluğu həm OPEC və onun müttəfiqlərindən gələn əlavə neftlə, həm də ABŞ daxil olmaqla Amerika qitəsindəki istehsalçılardan daxil olan təchizatla dəstəklənir. Ümumi bazar ab-havası “ayı bazarı” istiqamətində olsa da, Citigroup-un müştəriləri arasında aparılan sorğuya görə, neftin gələcəyi ilə bağlı bədbinliyin dərəcəsində fərqlər mövcuddur.
Bakı vaxtı ilə saat 09:00-da Brent nefti 64,96 dollara, ABŞ xam nefti isə 61,43 dollara ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























