Çinlə rəqabətə baxmayaraq, Volkswagen Qrupunun 9 aylıq qlobal satışları 1,2% artıb
Çinin avtomobil istehsalçıları ilə artan rəqabət Almaniyanın Volkswagen Qrupunun satışlarına mənfi təsir göstərsə də, elektrikli avtomobillərdə müşahidə olunan güclü artım sayəsində şirkətin 2025-ci ilin yanvar-sentyabr dövründə qlobal satışları ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% yüksəlib.
Marja.az xəbər verir ki, Audi, Bugatti, Seat, Skoda və Porsche kimi brendləri birləşdirən Volkswagen Qrupu ilin üçüncü rübü və yanvar-sentyabr dövrü üzrə satış göstəricilərini açıqlayıb.
Hesabata əsasən, konsernin ümumi avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 6 milyon 524 min 400 ədədə çatıb. Qrupun əsas markası olan Volkswagen-in satışları isə 2,8% artaraq 3 milyon 492 min 500 ədəd olub.
Elektrikli modellərdə güclü artım
Volkswagen Qrupu 2025-ci ilin 9 ayı ərzində elektrikli avtomobil satışlarını ötən ilin eyni dövrünə nisbətən 42% artıraraq 717 min 500 ədədə çatdırıb.
Bununla belə, şirkətin ən böyük bazarı olan Çində satışlar 4% azalaraq 1 milyon 974 min avtomobilə enib. Çin bazarında yerli elektrikli avtomobil istehsalçıları ilə sərt qiymət rəqabəti satışlara mənfi təsir edən əsas amillərdən biri olaraq qalır.
Üçüncü rübdə qarışıq mənzərə
Volkswagen Qrupunun satışları 2025-ci ilin iyul-sentyabr aylarında ötən ilin eyni dövrünə nisbətən 1% artaraq 2 milyon 198 min 800 ədədə yüksəlib. Qrupun əsas markası Volkswagen-in satışları üçüncü rübdə 0,4% azalaraq 1 milyon 172 min 200 avtomobilə düşüb.
Şimali Amerikada artan ABŞ idxal tarifləri nəticəsində Volkswagen Qrupu 9,8% daha az yeni avtomobil satıb.
Çin bazarında isə vəziyyət zəif olaraq qalır. Üçüncü rübdə burada satışlar 7,2% azalaraq 660 min 300 avtomobil təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























