Netflix-in gəliri üçüncü rübdə təxminən 17 faiz artıb
Qlobal internet televiziya platforması Netflix-in gəliri bu ilin üçüncü rübündə 17,2 faiz artaraq 11,5 milyard ABŞ dollarına yüksəlib.Netflix 2025-ci ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayıb.
Marja xəbər verir ki, hesabata əsasən, şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artaraq 11,5 milyard dollar təşkil edib. 2024-cü ilin üçüncü rübündə bu göstərici 9,8 milyard dollar təşkil etmişdi.
Netflix, gəlir artımını abunəçi sayının çoxalması, qiymət tənzimləmələri və reklam gəlirlərinin artması ilə izah edib.
Şirkət gəlirlərinin növbəti rübdə də 17 faiz artacağını proqnozlaşdırır. Netflix-in 2025-ci il üzrə ümumi gəlir proqnozu isə əvvəlki gözləntilərlə uyğun olaraq 45,1 milyard dollar səviyyəsində qalıb.
Netflix-in mənfəəti gözləntiləri qarşılamadı
Netflix-in xalis mənfəəti də ilin üçüncü rübündə ötən ilin eyni dövrünə nisbətən təxminən 7,7 faiz artaraq 2,5 milyard dollara yüksəlib. Şirkətin 2024-cü ilin eyni dövründəki xalis mənfəəti 2,4 milyard dollar idi.
Keçən ilin üçüncü rübündə səhmbaşına mənfəət (EPS - Earnings Per Share) 5,40 dollar olduğu halda, bu dövrdə 5,87 dollara çatıb.
Bununla belə, mənfəət artımına baxmayaraq, nəticələr bazar gözləntilərindən aşağı olub. Şirkət bu vəziyyəti Braziliyada vergi məsələsi ilə bağlı davam edən mübahisə nəticəsində yaranmış təxminən 619 milyon dollarlıq xərclə izah edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 6 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























