Azərbaycan sənayesində inqilab – MDB regionunda qablaşdırmada nano texnologiya dövrü başlayır
“Bakı Polimer İstehsalat” şirkəti qablaşdırmada inqilabi yeniliyə imza atır: Yeni istehsal xəttini qurur, nano-streç filmlərin istehsalına start verəcək.ETN Yüksək Texnologiyalar Parkının rezidenti “Bakı Polimer İstehsalat” MMC qablaşdırma sənayesində inqilabi yeniliyə imza atır. Şirkət nanotexnologiyalara əsaslanan yeni istehsal xəttinin qurulmasına başlayıb və 2026-cı ilin əvvəlindən MDB regionunda ilk dəfə nano-streç filmlərin istehsalına start verəcək.
Layihə Azərbaycan, Türkiyə və Çin mütəxəssislərinin birgə səyi ilə həyata keçirilir və müasir qablaşdırma texnologiyalarında səmərəliliyi əhəmiyyətli dərəcədə artırmaq məqsədi daşıyır. Yeni nəsil çoxqatlı nano-streç filmlər ənənəvi materiallara nisbətən daha incə (12 mikron) olsa da, daha üstün elastiklik və davamlılığı təmin edəcək.
“Bakı Polimer İstehsalat” MMC-nin sınaqları göstərib ki, yeniliyin əsas üstünlüklərinə deşilmə və yırtılmaya qarşı daha çox müqavimət, daha yüksək ön uzanma dərəcələri (450%-ə qədər), təkmilləşdirilmiş qorunma, azaldılmış plastik tullantılar və xərclərə qənaət daxildir. Nano-streç filmdən istifadə adi streç filmlərlə müqayisədə qablaşdırma xərclərini 60%-ə qədər azaldacaqdır. Bu isə polimer tullantıların və CO2 emissiyasının azalmasına dəstək verəcəkdir.
Şirkətin direktoru Cavid Hüseynov bildirib: “Biz yalnız qabaqcıl texnologiya deyil, həm də müştərilərimiz üçün qənaət, səmərəlilik və ekoloji məsuliyyət təqdim edirik. İstehsal etdiyimiz məhsullar 100% təkrar emala yararlıdır və tullantıların azaldılmasına real töhfə verir. Məqsədimiz Azərbaycanda və regionda davamlı sənaye standartlarına liderlik etməkdir.”
Yeni istehsal xətti sayəsində müəssisə aylıq 500 ton nano-streç film istehsal etməyi planlaşdırır. Bu, yerli bazarla yanaşı, Orta Dəhliz vasitəsilə Şərqi Avropa və qonşu regionlara ixrac imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirəcək.
“Bakı Polimer İstehsalat” MMC yüksək texnologiyalı qablaşdırma məhsullarının istehsalı üzrə fəaliyyət göstərən Azərbaycan şirkətidir. Müasir avadanlıqlar, təkmilləşdirilmiş texnologiyalar və peşəkar komanda sayəsində şirkət yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı, ekoloji və innovativ qablaşdırma həlləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
42 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb





















