m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA
Tərəfdaşlıq ölkənin milli valyutası Azərbaycan manatı (AZN) ilə birbaşa və rəsmi kripto-fiat əməliyyatlarını təklif edir.(®) Azərbaycanın aparıcı fintex platforması m10 və dünyanın ticarət həcminə görə ən böyük kriptovalyuta birjası Binance, birgə mətbuat açıqlamasında strateji tərəfdaşlıqlarını davam etdirdiklərini elan ediblər.
Azərbaycanın Mərkəzi Bankının (AMB) xüsusi tənzimləmə rejimi (sandbox) çərçivəsində həyata keçirilən m10-Binance inteqrasiyasının uğurlu nəticələrinə əsaslanaraq, tərəfdaşlıq ölkənin milli valyutası Azərbaycan manatı (AZN) ilə birbaşa və rəsmi kripto-fiat əməliyyatlarını təklif edir.
Yenilənmiş inteqrasiya istifadəçilərə m10 və Binance hesabları arasında manatla birbaşa depozit və çıxarış əməliyyatları aparmağa imkan verir. Bu sistem tam şəffaf, təhlükəsiz olması və vasitəçilərin aradan qaldırılması ilə üstünlük təşkil edir.
m10-nun təqdim etdiyi xidmət AMB-nın sandbox rejimində sınaqdan keçirilən ilk fintex platforması kimi həm rəsmi statusa, həm də yüksək təhlükəsizlik standartlarına malikdir. Bütün əməliyyatlar bank infrastrukturu üzərindən həyata keçirilir.
Sınaq mərhələsi çərçivəsində aylıq depozit limiti 20,000 ABŞ dolları və ya ekvivalent məbləğlə məhdudlaşdırılıb; bu limit hər ayın ilk günü sıfırlanır. Çıxarışlara isə məhdudiyyət qoyulmur. Depozit haqqı 1%, çıxarış haqqı isə 1.5% təşkil edir.
“m10 Azərbaycanın fintex sektorunun formalaşmasında mühüm rol oynamaqda davam edir və bizim üçün rəqəmsal maliyyə sahəsində innovasiyaların və tənzimləmənin standartlarının tətbiqində əməkdaşlığın möhkəmləndirilməsi vacibdir,” — deyə PashaPay şirkətinin Biznes üzrə sahə rəhbəri Həmidə Hacıquluzadə bildirib.
“Azərbaycan Mərkəzi Bankının sandbox rejimi çərçivəsində həyata keçirilən Binance ilə strateji tərəfdaşlığımızın ilk mərhələsi uğurla başa çatıb və indi növbəti mərhələyə keçib — sandbox müddəti daha altı ay uzadılıb. Məqsədimiz istifadəçilər üçün kripto-fiat əməliyyatlarına rahat, təhlükəsiz və tənzimlənən çıxış imkanı yaratmaqdır. Bu kimi layihələr Azərbaycanın fintex ekosistemini gücləndirir, onun qlobal inteqrasiyasına töhfə verir və uzunmüddətli strateji tərəfdaşlığa niyyətimizi göstərir.”
“m10 ilə tərəfdaşlıq Azərbaycanın kripto ekosisteminin inkişafında mühüm mərhələdir. Bu, istifadəçilərə milli valyutadan rəqəmsal iqtisadiyyatda rəsmi və təhlükəsiz şəkildə istifadə imkanı yaradır. Azərbaycan regionun ən dinamik bazarlarından biridir və burada blokçeyn texnologiyasına maraq sürətlə artır. Bu fiat kanalı kripto əməliyyatlarını daha rahat və şəffaf edir, eyni zamanda rəqəmsal aktivlərə ümumi etimadı gücləndirir. Layihə Binance-ın yerli infrastrukturun inkişafına və dünyanın müxtəlif bölgələrində tərəfdaşlarla sıx əməkdaşlığa sadiqliyini əks etdirir,” — deyə Binance-ən Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Afrika üzrə regional rəhbəri Kirilo Xomyakov bildirib.
Yeni funksiyadan istifadə etmək üçün istifadəçilər Binance tətbiqinə və ya vebsaytına daxil olduqdan sonra Depozit bölməsinə keçid edib, AZN (m10) seçərək, m10 hesabından vəsait köçürə bilərlər.
Vəsait çıxarmaq üçün Withdraw (Çıxarış) bölməsini açmaq, m10 hesab məlumatlarını daxil etmək və əməliyyatı tamamlamaq kifayətdir.
Ətraflı məlumat üçün: https://m10.az
m10 haqqında
m10, Azərbaycanın aparıcı fintex şirkətlərindən biri olan PashaPay tərəfindən hazırlanmış rəqəmsal cüzdandır və Bir ekosisteminin fintex həllidir. 2022-ci ildən istifadəyə verilmiş m10 fərdlər və bizneslər üçün maliyyə əməliyyatlarını sadələşdirməyi, vəsaitlərin idarə edilməsini və ödənişlərin həyata keçirilməsini təhlükəsiz və rahat şəkildə təmin etməyi hədəfləyir.
Daha ətraflı məlumat üçün: https://m10.az/en
Binance haqqında
Binance — dünyanın ən böyük kriptovalyuta birjasının və geniş blokçeyn ekosisteminin arxasında duran aparıcı qlobal şirkətdir. 290 milyondan çox istifadəçi və 100-dən çox ölkədə fəaliyyət göstərən Binance yüksək səviyyəli təhlükəsizlik, şəffaflıq, ticarət mühərrikinin sürəti, investorların qorunması və rəqəmsal aktiv məhsullarının zəngin portfeli ilə tanınır.
Binance, kriptonu əsas vasitə kimi istifadə edərək, insanların maliyyə azadlığını və maliyyə xidmətlərinə çıxışını artırmaq məqsədilə inklüziv kripto ekosistemi qurmağa sadiqdir.
Ətraflı məlumat üçün: https://www.binance.com
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
1 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
2 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı












.jpg)




.jpg)


