OPEC+ qərarından sonra neft qiymətləri yüksəlib
OPEC+ təşkilatının dekabr ayında məhdud həcmdə hasilat artımı etməyi və 2026-cı ilin birinci rübünə planlaşdırılan əlavə artımları təxirə salmağı qərara almasının ardından, bazar ertəsi Asiya birjalarında neft qiymətləri artım göstərib.OPEC+ təşkilatının dekabr ayında məhdud həcmdə hasilat artımı etməyi və 2026-cı ilin birinci rübünə planlaşdırılan əlavə artımları təxirə salacağını açıqladıqdan sonra, bazar ertəsi Asiya birjalarında neft qiymətləri cüzi artım göstərib.
Marja xəbər verir ki, tələbdəki qeyri-müəyyənlik fonunda ehtiyatlı addım kimi qiymətləndirilən bu qərar bazarlar tərəfindən müsbət qarşılanıb.
Brent markalı neftin bir bareli 0,70% artaraq 65,24 ABŞ dollarını, ABŞ xam nefti (WTI) isə 0,80% bahalaşaraq 61,46 ABŞ dollarını görüb (Bakı vaxtı ilə saat 10:50-yə olan məlumat).
Bazar günü keçirilən OPEC+ iclasında səkkiz üzv ölkə 2025-ci ilin dekabrında gündəlik hasilatı 137 min barel artırmağa razılaşıb. Bu rəqəm oktyabr və noyabr aylarındakı artımlar ilə eynidir. Toplantıda həmçinin 2026-cı ilin yanvar, fevral və mart aylarında əlavə hasilat artımlarına fasilə veriləcəyi açıqlanıb. Qrup bu qərarı qəbul edərkən mövsümi amilləri və ilin ilk rübündə adətən müşahidə olunan tələbin azalmasını əsas gətirib.
Bazar mütəxəssisləri bildirirlər ki, bu qərar neft təklifini məhdudlaşdıraraq qiymətləri dəstəkləyir, lakin dekabr ayındakı məhdud artım və 2026-cı ilin əvvəlindəki fasilə OPEC+ təşkilatının tələbin zəifləməsi ilə bağlı ehtiyatlı mövqeyini göstərir.
Xarici təklif tərəfdən isə ABŞ-ın Rusiya neft istehsalçılarına qarşı sərtləşdirilmiş sanksiyaları və ixrac axınlarındakı qeyri-müəyyənlik qiymətlərin dəyişkənliyinə təsir edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
3 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
4 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 5 saat əvvəl
-
6 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb


























