Polad canlananda: “Baku Steel Art 2025” sərgisi Bakıda açıldı - FOTOLAR
Sərgidə sənətkarların yaratdığı 27 əsər nümayiş olunur. Sənətkarların yaradıcılığında polad artıq sadəcə bir material deyil, yeni bir məna daşıyıcısıdır.Azərbaycanın paytaxtı Bakı şəhərində incəsənət və sənaye bir araya gələrək yeni bir yaradıcılıq harmoniyası yaradıb. Daş Salnamə Muzeyinin qarşısında “Baku Steel Art 2025” adlı sərgi izləyicilərin seyrinə verilib.
Sərgi “Fly to Baku. Art Weekend. Sense the Future NOW” (“Bakıya Uçuş. Həftəsonu. Gələcəyi İNDİ Duy”) adlı incəsənət həftəsonu çərçivəsində, "Baku Steel Company" QSC-nin (bundan sonra - BSC) və “QGallery” tərəfindən birgə təşkil olunub.
Ekspozisiyada 2024 və 2025-ci illərdə keçirilmiş "Baku Steel Art" beynəlxalq metal simpoziumlarının iştirakçısı olan sənətkarların yaratdığı 27 əsər nümayiş olunur.
Sənətkarların yaradıcılığında polad artıq sadəcə bir material deyil, yeni bir məna daşıyıcısıdır. Soyuq metal onların əllərində yaddaşın, təbiətin və texnoloji tərəqqinin rəmzinə çevrilib. Hər bir əsər sənətkarla polad arasında qurulan dialoqdur. Onun sərtliyi və elastikliyi dözümlülüyün, gözəlliyin və fəlsəfi dərinliyin simvollarıdır. BSC-nin dəstəyi sayəsində sənətkarlar yüksək keyfiyyətli material ilə işləyərək onun sənətdəki imkanlarını tam şəkildə reallaşdıra biliblər.
Açılış mərasimində “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva kimi fəxri qonaqlar, eləcə də “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalının iştirakçıları və qonaqları iştirak ediblər.
Bakının tarixi mənzərəsi polad heykəlləri poetik bir enerjiyə bürüyərək izləyiciləri düşünməyə, duymağa və ilhamlanmağa dəvət edir. “Baku Steel Art 2025” sərgisi 30 noyabr 2025-ci ilədək ictimaiyyət üçün açıq olacaq və həm paytaxt sakinləri, həm də qonaqlara sənaye gücünün bədii baxışla necə ahəngdar şəkildə birləşə biləcəyini nümayiş etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
49 d. əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
2 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 3 saat əvvəl
-
3 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb























